Onlar ölümün əlindən deyil, bizim qolumuzdan tutsunlar… – SONA ƏLİYEVA

Deputat şikayətləndi: Eqoistliyimiz imkan vermir ki, uşaqlarla dost, qardaş-bacı olaq

Son zamanlar az qala hər gün bir intihar hadisəsi haqqında xəbər oxuyuram və təssüf ki, intihar edənlərin əksəriyyəti gənclərdir. Xüsusilə də, gənclərin hər kiçik məğlubiyyətdən sarsılıb həyatla vidlaşmaq istəməsi məni çox qorxudur. Əslində məğlubiyyət də deməyək, məqsədlərinə çatmayanda, hər şey arzuladıqları kimi olmayanda və eqoizmləri xarakterlərinə güc gələndə…

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva-Süleymanova deyib.

sonya-alieva-suleymanova

“Bəs biz harada səhv etdik, harada yanıldıq və gəncliyimizi belə zəif yetişdirdik…”-deyən, millət vəkilinin sözlərinə görə, bəlkə də məğlubiyyətlərimizin qələbələrimizdən cox olduğu həyatımızda övladlarımıza hər istədiyini verdik, xəyallarını doğrultduq, eqoizmlərini bəslədik, inciməyə ağrımağa qoymadıq, zəhmətə alışdırmadıq

“Bəlkə daha çox təyziq göstərdik, daha yaxşı nəticələr istədik, olmazların mümkünlüyünü tələb etdik və bütün bunların içərisində onları dinləməyi unutduq, onların istədiklərinin yox öz arzularımızın reallaşmasını arzuladıq, dost,bacı, qardaş olmağı unutduq, başqa qapılarda başqa çarələr axtarmasına nail olduq… Eqoistliyimiz imkan vermədi. Cünki  bizim yalançı zəfərlərimizin verdiyi eyforiyada övladlrımızı az az necə itirdiyimizi, bizdən uzaqlaşdığını hiss etmədik…

İndiki zamanda yaşantıların dünyasında yaşamağa, arzuların qanadında xəyalları fəth etməyə dəyməzmi? İnsan olaraq sevdiklərimizi etməyə və bundan aldığımız gücdən ruhlanaraq dunyaya mərhəmət və sevgi bəxş etməyə gəlmədikmi? Təssüf ki, onsuz da gərgin olan həyatımızı daha da gərginləşdirməkdə, düşünmədən, hiss etmədən yaşamaqda davam edirik və belə yaşadıqca bütün dəyərləri və dəyərliləri itirməyə addım addım yaxınlaşırıq. Gəlin, gənclərimizin səsini duyaq, arzularını bilək, xəyallarına ortaq olaq və övladlaımızla dostlaşaq, qoy onlar ölümün əlindən deyil, bizim qolumuzdan tutsunlar, bizə sığınsınlar, bizdən güc alsınlar. Bunun düsturu çox sadədir”-deyə, S. Əliyeva-Süleymanova sonra qeyd edib

Etikxeber.az

 

Read Previous

“APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb – MAHİRQIZI

Read Next

Elmira Axundovadan sərt təpki: YAZIÇILAR BİRLİYİ DEPUTATIN MÜDAFİƏSİNƏ QLXDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir