“Onlar saxta sənədlərlə ölkədən gediblər: Bu, hamıya bəllidir, kimlər tərəfindən necə göndərildiyini bilirik”-DAXİLİ İŞLƏR NAZİRİNİN BİRİNCİ MÜAVİNİ

Bu işləri görmək bizim vəzifə borcumuzdur.

Etikxeber.az məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov deyib.

Milli Koordinator deputatların qaldırdığı məsələlərə münasibət bildirib.

O, bildirib ki, deputat Qüdrət Həsənquliyevin qaldırdığı məsələ çox yerindədir:

“Hazırda “Reklam haqqında” qanunun tələbləri pozulur. Bunun qarşısının alınması üçün tədbirlər görüləcək. Regionlarda maarifləndirmə işləri davam etdirilir. Gələcəkdə gənclərimizin bu yola düşməsinin qarşısını maarifləndirmə tədbirləri ilə almağa çalışırıq. Məlahət İbrahimqızının sualına cavab olaraq demək istəyirəm ki, insan alverini törədənlərin çoxu qadınlardır. Ona görə də çox vaxt onlar haqqında yüngül cəzalar verilir. Beynəlxalq təşkilatlar da çox vaxt bunu mənfi qiymətləndirir. Adətən hər bir kəs – qadın və ya kişi olmasından asılı olmayaraq, qanun qarşısında bərabərdir. Saxlanılanların 36 %-nə həbs, 64 %-nə yüngül cəza verilib. Qənirə Paşayevanın sualı üzrə deyirəm ki, axtarışda olan şəxslərin ölkəyə ekstradisiya olunması prosesi uzun sürən prosesdir. Ona görə də faiz hesabatda aşağı göstərilib. Axtarışda olan şəxslərin harada olması ilə bağlı məlumatlar bizdə var. Fazil Mustafanın qaldırdığı məsələ də çox aktualdır. Dilənçilər üçün sığınacaq olsa, çox yaxşı olar. Çünki bir hər gün bununla mübarizə aparırıq. Siyavuş Novruzun qaldırdığı məsələ də çox aktualdır. Bu gün tək Almaniyada 4000 nəfər qeyri-qanuni yaşayan miqrantımız var. Bu məsələ bizim çox ciddi nəzarətimizdədir. Onlar saxta sənədlərlə ölkədən gediblər. Bu, hamıya bəllidir. Kimlər tərəfindən necə göndərildiyini bilirik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in iclası-SPİKER DEPUTAT KÖMƏKÇİLƏRİNDƏN, SİYAVUŞ NOVRUZOV “ƏLİ KƏRİMLİ VƏ TÜRK SERİALI MƏSƏLƏSİ”NDƏN, FAZİL MUSTAFA ENSİKLOPEDİYANIN “BƏRBADLIĞI”NDAN DANIŞDI, MİLLİ KOORDİNATORUN HESABATI DİNLƏNİLDİ VƏ…YENİLƏNİB – (7)

Read Next

“Cari məsələlərin müzakirəsinə ayrılan vaxt bir saata qaldırılsa, yaxşı olar”-AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir