“Onlar yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir…” – RAMİZ MEHDİYEV

“…Beynəlmiləlçilik və humanizm tərəqqinin sivilizasiya ənənələrinin təbii davamı olması ilə şərtlənir. Bu gün bizim kiçik Yer planetimizin dünya miqyaslı fəlakətlər təhlükəsi qarşısında getdikcə daha aciz qaldığı bir vaxtda “sivilizasiyalılıq” anlayışı ilk növbədə ayrı-ayrı insanlar və bütöv dövlətlər arasında ziddiyyətlərin və münaqişələrin zor işlətmədən dincliklə “aradan qaldırılması” deməkdir ki, bu da dünyanın yenidən qurulmasına məsuliyyət daşıyan qloballaşma anlayışına immanentdir”.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri,  akademik Ramiz Mehdiyevin “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” yazısında öz əksini tapıb.

“Güc vasitələrinə gəldikdə isə, tarixi təcrübə göstərir ki, onlar yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir”-deyə, qeyd edən PA rəhbərinin yazdığına görə, axı məişətdə olduğu kimi, dünya siyasətində də qarşılıqlı təhdidlər strategiyasının faydasız olduğunu həyatın özü sübuta yetirir:

“Bununla belə, qloballaşma çoxlarının təsəvvür etdiyi kimi özbaşınalığı deyil, əksinə azadlığı, ictimai münasibətləri tənzimləyən vəzifələri, mənəviyyat qanunlarına hörməti nəzərdə tutur. Sonra qarşılıqlı məsuliyyət prinsipi gəlir. Postsovet məkanında bu prinsip son dərəcə aktual olub; müstəqil dövlətlərin yaranması, transformasiyaya uğrayan tarixi gerçəkliklər, birqütblü dünyanın inkişafı həyatın praktik olaraq bütün sahələrində yenilənmiş yanaşma və qərarları təkidlə tələb edib.

Bu fonda millətlərarası nifrətin qızışdırılması (təəssüf ki, biz onun “böyük Ermənistan” versiyası ilə bilavasitə qarşılaşmalı olmuşuq) bəşəriyyətin qloballaşma erasına daxil olmasına, yəqin ki, ən böyük təhlükədir. Barbar münasibət, insanların bir-birini kütləvi qırması dünya birliyi tərəfindən birmənalı şəkildə mənfi qiymətləndirilir və beynəlxalq normalara görə, bunun təşkilatçıları haqlı və sərt cəzalandırılmalıdır. Əgər bu cəza öz hədəfinə çatmayıbsa (ermənilərin Azərbaycan ərazilərinə təcavüzü nümunəsində olduğu kimi) ümid ona qalır ki, bu, yalnız zaman məsələsidir…”-deyə, R. Mehdiyev sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Müstəqilliyin qarşılığında verilən “İsgəndər” raketləriylə hədə gəlmək olar, amma…” – DEPUTAT

Read Next

Qəndilovun oğlu və XİN-in eks mətbuat katibi səfirlikdən geri çağırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir