“Onların başlıca “vəzifəsi” ara qarışdırmaq, insanları çaşdırmaqdır…” – TAHİR RZAYEV

Xaricə yaşayan “mühacirlərin” başlıca “vəzifəsi” ara qarışdırmaq, insanları çaşdırmaqdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

O, qeyd edib ki, həmin “mühacirlərin” Azərbaycan siyasətinə təsir imkanları olmasa da, bəzi adamlarda mənfi təsəvvürlər yarada bilir, şantajı genişləndirirlər.

“Əlbəttə ki, vətənimizi sevən hər bir kəs belələrinə qarşı barışmaz mövqedə olmalıdır. Hər bir kəs bu məsələdə vətəndaş, vətəndaşlıq mövqeyindən çıxış etməlidir. Heç kim yaxasını kənarda çəkib dayanmamalıdır.

tahir_rzayev_C00134

Burada iqtidat-müxalifət söhbəti olmamalıdır, hamı bir mövqedən çıxış etməli, antiAzərbaycan dairələrin və onların təsiri altına düşən, onların əlində alətə çevrilən, Azərbaycana düşmənçilik mövqeyi sərgiləyən belə insanların, qüvvələrin layiqli cavablarını verməlidir…”– deyə, millət vəkili qeyd edib.

Millət vəkili eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bir çox siyasi partiyaların iştirakı ilə keçirilən Dəyirmi masada bu məsələnin  geniş müzakirə edildiyini, bəzi məqamlar istisna olunmaqla, hamının eyni mövqedən çıxış etdiyini və bunun çox müsbət addım olduğunu sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

YAP-çılar Çin kommunistləri ilə bir araya gəldi, 6-cı söbədə oldular – FOTOLAR

Read Next

“Hakimiyyətin üzərinə də məsuliyyət düşür…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir