“Onsuz da parlamentin səlahiyyətlərinin çoxunu əlindən almısınız…” – DEPUTAT SƏRT DANIŞDI

Vahid Əhmədov və Siyavuş Novruzovdan parlamentə irad

Parlamentin 100 illiyi ilə bağlı xatirə medalını əvəzləyən döş nişanı deputatlara verilsin

Etikxeber.az  xəbər verir ki, bu təkliflə  millət vəkili Siyavuş Novruzov parlamentdə çıxış edib.

siyaqus

O, qeyd edib ki, belə bir nişana ehtiyac var:

“Niyə özümüz ömüzüzə medal təsis etmirik? Elə millət vəkilləri var ki, neçə illərdir burada əyləşirlər. Bizə xatirə  medalları verilib. Ancaq onları üstümüzdə gəzdirmək mümkün deyil. Onu muzeylərə verə bilərik, yaxud qocalanda nəvələrimizə göstərə bilərik. Ancaq daşına bilən döş medalına ehtiyac var. Olmazmı belə bir medal təsis edək və deputatları təltif edək”.

S.Novruzovun bu təklifi həmkarları tərəfindən alqışlarla qarşılanıb. 

Deputat Vahid Əhmədov da həmkarına dəstək verib.

vahid-kamil-2

Millət vəkili qeyd edib ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı başqa qurumlara medallar təsis edib, veririk:

“Amma biz millət vəkilləri belə bir medalla təltif edilmirik. Bəlkə belə medal verilməyə Milli Məclisdə layiqli adam yoxdur? Bu, çox ciddi məsələdir. Onsuz da Milli Məclisin səlahiyyətlərini əlindən almısınız. Bir medal nədir ki, onu deputatlara vermirsiniz?  Bu elə bir məqamdır ki, biz özümüzə qiymət verməliyik. Belə olmaz, axı?!”.

ziyafat

Buna cavabında birinci vitse-spiker Ziyafət Əsgərov isə belə deyib:

 “ Əvvəla, qeyd edim ki, xatirə medalları deputatlara verilib. İkincisi, Milli Məclisin kifayət qədər səlahiyyətləri var. Bu yöndə iradı qəbul etmirəm. Cümhuriyyətin 100 illiyi ilə bağlı deputatlara medal verilməsi məsələsini  müzakirə etmək olar. Lazım olsa, bu məsələ də müzakirə olunub qərar verilər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dövlət rüsumlarının 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

Read Next

“Buna səssiz qalmamalısınız” – DEPUTATDAN AŞPA QARŞISINDA TƏLƏB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir