“Onu, xəstəliyə düçar olduğu ilk günlərdən tanıyırdım…”-MİLLƏT VƏKİLİ

Bu gün səhər tezdən, saat 7-də telefonum zəng vurdu.

Belə vaxtsız zənglərə hər zaman çox həyəcanlanıram.

Çünki, belə zənglər adətən dar macalda edilir və xəttin o biri başından heç də xoş xəbər almırsan…

Zəng edən Zərdabdan Zemfira müəllimə idi.

“Gülşən bir az əvvəl rəhmətə getdi”, dedi.

Əslində gözlənilməz xəbər deyildi mənim üçün.

Gülşən xanım 17 ildir ağır xəstəlikdən əziyyət çəkirdi.

Həm özü, həm də ailə üzvləri onunla birlikdə bu sağalmaz dərdlə mübarizə aparırdılar.

Onu, xəstəliyə düçar olduğu ilk günlərdən tanıyırdım.

Həyat yoldaşı Fitdovsi Eyvazov seçkilərdə öncə vəkilim, daha sonra köməkçim olduğu üçün bu ailəylə tanışlığım da uzun illərə dayanır.

Buna görə də mən bu ailənin son 20 illik həyatını, yaşamını yaxşı bilirəm, sevincli və təəssüf ki, kədərli günlərinə şərik olmuşam.

Xəstəliyi addımbaaddım irəliləyirdi…

Son bir-neçə ayda isə artıq geriyə dönüşün mümkünsüz olduğunu, sayılı günləri, dəqiqələri qaldığını bilirdik.

Yəni, anlayacağınız, bəd xəbərə hazır idik.

Zemfira bacımdan isə özüm xahiş etmişdim, məni xəbərsiz qoymasınlar, deyə.

Çünki son borcumdan çıxmaq istəyirdim.

Son mənzilinə yola salmaq istəyirdim.

Həyatdan bir insan getdi… Həm də çox yaxından tanıdığım, sevdiyim, hörmət etdiyim bir insan…

Ləyaqətli bir ömür sürmüş şəfqətli bir ana, sədaqətli bir həyat yoldaşı, şərəfli bir müəllimə!

Allah qəni qəni rəhmət etsin. Allah əzizlərinə, yaxınlarına səbr versin. Amin!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən kənarlaşdırıldılar-SƏRƏNCAMLAR

Read Next

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı- DAHA 3 NƏFƏR VƏFAT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir