“Onun bir Azərbycan türkü, bir gəncəli olduğunu çox az adam bilir…” – DEPUTAT YAZIR – FOTO

Tamer Karadağlı. Çoxlarınız Türkiyənin tanınmış sənətçilərindən biri olan Tamer beyi müxtəlif filmlərdəki maraqlı rolları ilə tanıyırsınız. Özəlliklə “cocuklar duymasının izləyicilərini daha çox gördüm. Amma onun bir Azərbycan türkü, bir azərbaycanlı, bir gəncəli olduğunu çox az adam bilir. Və illər sonra o ilk dəfə atalarının yurduna gəldi.

Əziz bacım, gözəl insan və sənətçi Məlahət Abbasovanın verlişindən əvvəl, verliş boyunca və sonra tamer bəylə geniş söhbət etdik. Azərbaycandan, onu bütü dünyada daha çox tanımaqda hər brimizin üzərinə düşən vəzifələrdən danışdıq.

Fərqi yoxdur biz harda doğulluruq. Biz birləşdirən “Azərbaycan” adlı bir müqəddəs var. Maraqlı söhbət oldu. Proqramda çox maraqlı oldu. Əziz Məlahət xanımı bu təşəbbüsü üçün təbrik edirəm.

Qardaş Türkiyənin tanınmış sənət simalarını Azərbaycana dəvət edib, həm daha yaxından ölkəmizi tanımalarına vəsilə olmaq həm də minlərlə tamaşaçılarla tanışdırmaq çox vacibdir. Tamer bey növbəti dəfə 11 yaşlı qızını da ata yurda gətirəcəyinə və bu dəfə Azərbaycanın digər bölgələrinə ən əsas da Gəncəyə baş çəkəcəyini dedi.

Tamam fərqli duyğularla döndü. Özünün də dediyi kimi anlatması belə çətin və ciyərlərinə ata yurd qoxusunu çəkərək. Onun Azərbaycanı bundan sonra daha da çox təbliğ edəcəyinə çox inanıram.

Qarabağdan, Şəhidlərimizdən özəlliklə çox danışdıq.

İnşallah, işğaldan azad edəcəyimiz torpaqlarımızaa da gedəcəyik, dedik.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Prezident “BakuTel–2017” sərgisi və konfransının iştirakçılarına məktub ünvanladı

Read Next

Rabitə və yüksək texnologiyalar sahəsi işçiləri təltif edildi – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir