“Onun geniş fəaliyyəti Azərbaycan cəmiyyətinə nümunədir…”-VAQİF ABDULLAYEV

Leyla Əliyevanın parlaq şəxsiyyəti özündə müasir gənc xanımın, yaradıcı insanın və istedadlı fədakar insanın cizgilərini birləşdirir.

Leyla xanımın geniş fəaliyyəti Azərbaycan cəmiyyətinə nümunədir.

Avropa Biznes Məktəbinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan Leyla Əliyeva hələ tələbə ikən bu institutda Azərbaycanlılar klubu yaradıb, həmin kluba başçılıq edib.

2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəridir. Bir neçə il əvvəl Moskvada “Baku” jurnalını təsis edib. O, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri, Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvüdür.

Bunlar Leyla Əliyevanın statuslarının sadəcə siyahısı deyil, bu siyahının arxasında dünyanın müxtəlif ölkələrində Leyla Əliyevanın həyata keçirdiyi real əməli fəaliyyət dayanır.Leyla Əliyevanın gördüyü bütün işlər keyfiyyət və uğur nümunəsinə çevrilir. Onun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyasıdır.

On ildən artıqdır ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.Onun geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı tanışdır.

O, mütəmadi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir, Azərbaycan diasporuna nümunə olur. Bu təşəbbüskarlıq minlərlə gənci Leyla Əliyevanın ideyaları ətrafında birləşdirir.Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti kimi qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir.

O, uşaqların, yeniyetmələrin təhsili, sağlamlığı ilə bağlı yeni təşəbbüslər irəli sürür və onların reallaşdırılmasında fəal iştirak edir, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir, daim diqqətdə saxlayır.

Onun xidmətlərinə verilən dəyərin hüdudları çox genişdir. Bütün Rusiyanın Müqəddəs patriarxı Kirill Leyla Əliyevanı III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən “Puşkin” medalına layiq görülməsi Leyla xanımın xeyirxah missiyasına verilən yüksək ehtiramdır. O, həm də Nyu-Yorkun humanitar aksiyalarında fəal iştirakına görə “Key to Life” fəxri mükafatına layiq görülüb.

Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığına görə “Tərəqqi” medalı ilə təltif edilib. Bunlar Onun uğurlarının parlaq təzahürləridir.Leyla Əliyeva Azərbaycanda müasir gənc nəslin simasını bir çox cəhətdən formalaşdıran liderdir, ölkəsini sonsuz məhəbbətlə sevən və bunu sözdə deyil, konkret işləri ilə sübuta yetirən şəxsiyyət, gözəl övlad və anadır.

Hamının Ondan gözləntiləri çoxdur, hər kəs inanır ki, Leyla xanım xeyirxah və vətənpərvər bir insan, Heydər Əliyev Fondunun vitse-prezidenti kimi bundan sonra da Azərbaycanda və onun hüdudlarından kənarda daha yeni təşəbbüslərlə çıxış edəcək, yeni-yeni layihələr həyata keçirəcək.

Hörmətli Leyla xanım, yeri gəlmişkən, Sizin Ad Gününüzü ürəkdən təbrik edir, Ulu Öndərin ideyalarının həyata keçirilməsində möhkəm cansağlığı arzulayıram.

Vaqif ABDULLAYEV,

Eks-deputat, siyasi elmlər doktoru

Etikxeber.az

Read Previous

“…Və ya Samir Nemətzadənin ruhuna ithaf”-TANINMIŞ JURNALİST YAZIR

Read Next

AzTV-nin daha bir əməkdaşı-BAŞ REDAKTOR ETİBAR BABAYEV KORONAVİRUSDAN DÜNYASINI DƏYİŞDİ – AzTV AÇIQLAMA YAYDI…-YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir