“Onun ölkəsindəkiylə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır…” – DEPUTAT

Dünən “Park İnn” oteldə Azərbaycandakı əksər siyasi partiyaların lider və funksionerlərinin bir araya gəlməsi, Dağlıq Qarabağ problemi başda olmaqla milli məsələlərin həllinə yanaşmada vahid mövqe ortaya qoymaları bizim xaricdəki “dostlarımız”ın da diqqətindən qaçmayıb. Məsələn, Ermənistan Parlamentinin Tatevik Hayrapetyan deyilən bir üzvü dərhal tədbirdən şəkil yayaraq bunun “Azərbaycanda daxili məsələlər haqda çox şey” dediyini vurğulayıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Bilmirəm Hayrapetyan “çox şey” deyəndə nə nəzərdə tutur. Amma onun ölkəsindəkiylə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır. Ermənistanda baş nazir Paşinyan “Sasna tserer” terror qrupunun rəhbərliyindəkilərlə bağlı qapılar arxasında görüşür, o gürüşün nə məqsədə xidmət etdiyi, orada nədən danışıldığı gizli saxlanılır”-deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda isə YAP başda olmaqla, əksər partiyalar bir araya gələrərk açıq dialoq aparırlar.

“Bununla da Prezidentin köməkçisi Əli Həsənovla baş nazirin müavini Əli Əhmədovun bir neçə gün öncə dövlətin, dövlət başçısının yeritdiyi siyasətlə bağlı verdikləri açıqlamaların doğruluğu, elə həm də aktuallığı bir daha öz təsdiqini tapmış olur…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Sənin separatçın ayrı, mənimki ayrı” prinsipi etibarsız və təhlükəlidir – POLİTOLOQ

Read Next

Fransadan separatçılara növbəti açıq dəstək – XİN ETİRAZ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir