“Onun SSRİ-nin rəhbərlərindən biri olması Türk dünyasının qələbəsi və təntənəsi idi…”-MİLLƏT VƏKİLİ

Bu gün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olan gündür.

Heydər Əliyevi Azərbaycan xalqının zəngin tarixi, mənəvi dəyərləri, sağlam cəmiyyət mühiti formalaşdırdı.

Təbiətdən gələn fitri istedadı, liderlik xüsusiyyətləri, insanlara dərin sevgisi onu tarixin əsas simalarından birinə çevirdi.

Təhlükəsizlik orqanlarında işləyərkən həmin strukturun vətəndaşları cəzalandıran orqandan vətəndaşları qoruyan orqana çevrilməsi, Sovet Azərbaycanına rəhbərlik edərkən respublikanın SSRİ-nin inkişaf etmiş bölgələrindən biri cərgəsinə çıxması, Azərbaycanın və mədəniyyətimizin sovetlər birliyində və dünyada tanınması məhz onun fəaliyyəti nəticəsində mümkün oldu.

Onun SSRİ-nin rəhbərlərindən biri olması Türk dünyasının qələbəsi və təntənəsi idi.

Heydər Əliyev Moskvada səmərəli işləməyin, insanlara qayğının nümunəsini göstərdi, ölkənin bütün regionlarının inkişafını gündəmə gətirdi.

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi zamanın tələbi idi.

Onun sayəsində Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsi aradan qalxdı, bir sistemdən digərinə ağrısız keçilməsi təmin edildi, geniş islahatlarla dinamik inkişafın əsası qoyuldu.

Hüquqi dövlət, sosial qayğı,dünya birliyində nüfuz, müstəqilliyimizin qorunmasının ciddi bünövrəsi Prezident Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsi idi.

Heydər Əliyev hər birimiz üçün müasirlik, ölkənin hərtəfli inkişafı, insanların problemlərinin daima dövlətin diqqətində olması, tarixə hörmət və dəyərlərin qorunması, azərbaycançılıq simvoludur.

Azərbaycan xalqı onun əziz xatirəsini həmişə uca tutacaq.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Fazil Mustafa yazır: “YENƏ DƏ DİL MƏSƏLƏSİ”

Read Next

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir