“Onun vəfatı Azərbaycan mədəniyyəti, incəsənəti üçün böyük itkidir…” – AYBƏNİZ HAŞIMOVA

Azərbaycanın Əməkdar artisti, tanınmış dirijor Ziya Bağırov dünyasını dəyişib.

Etikxeber.az-ın xəbərinə görə, Z. Bagirov 1938-ci ilin oktyabrın 14-də Şəki şəhərində dünyaya gəlib.

1955-ci ildən bu günə qədər Azərbaycan incəsənətinə yorulmadan xidmət edən Z. Bağırov  Azərbaycan Dövlət Filarmoniyasinda, Akademik Musiqili Komediya Teatrında, Akademik Opera-Balet Teatrında dirijor vəzifəsində çalışıb.

Vokal sənətində yeni nəslin inkisafinda misilsiz xidmətləri olub.

Tanınmış sənətkar 28 sentyabr 2019-cu il tarixində gecə saat 02:00-da 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, sabah, 1 oktyabr tarixində, saat 10:00- dan 15:00-a  qədər Təzə Pir məscidində sənətkar üçün 3 (üc) mərasimi keçiriləcək.

Azərbaycanın Əməkdar artisti, tanımmış sənətçi Aybəniz Haşımova da saytımıza açıqlamasında Z. Bağırovun vəfatından üzüldüyünü, kədərləndiyini, bunun Azərbaycan incəsənəti üçün böyük itki olduğunu bildirib.

“Onun Azərbaycan mədəniyyətində, incəsənətində xüsusi yeri və rolu var. Böyük sənətçi, sadə, səmimi, gözəl insan idi. Onun vəfatından çox üzüldüm. Allah ona rəhmət etsin, yeri behişt olsun. Ailəsinə, çox sevdiyimiz Aybəniz xanıma dərin hüznlə başsağlığı verirəm”-deyə, o, sözlərinə əlavə edib.

ziya-3

ziya-1

Etikxeber.az

Read Previous

Uşaqların zərərli informasiyadan qorunması haqda qanunvericiliyin pozulmasına görə – CƏZALAR

Read Next

Ölkəmizdə 50-dən çox fransız şirkəti fəaliyyət göstərir – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir