“Onun yürütdüyü siyasət fiaskoya məhkumdur…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Paşinyanın siyasi populizmi bu dəfə onu quyunun dibinə qədər yuvarlayıb. Rəsmi sorğuların nəticələri onu deməyə əsas verir ki, hazırda Ermənistanda seçki keçirilsə, mövcud hakimiyyət ancaq 6-7 faiz səs toplaya bilər. Bu isə o anlama gəlir ki, Ermənistanda ya siyasi müxalifət güclənib, ya da koronavirus fonunda Paşinyanın bütün paxırları açılıb, ifşa mərhələsinə keçid alıb. Bu, əsas da iqtisadi sektorla bağlı söylədiyi nağıllar kontekstində da aydın görünür.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev deyib.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın bütün üst qurumları hazırda təşviş içindədir:

“Mitinqlər, aksiyalar bir-birini sıralayır. İnsanlara qarşı ciddi zorakılıq tətbiq olunur. Bu yaxınlarda Tsarukyan tərəfdarları parlament binası qarşısında toplanmağa cəhd etsələr də, həmin cəhdin qarşısı hakimiyyətin tapşırığı ilə ən sərt formada alınıb və yüzlərlə insan saxlanılıb. Saxlanılanlar və xəsarət alanlar arasında onlarla KİV nümayəndəsinin olduğu bildirilir. Hətta görün vəziyyət nə yerdədir ki, Ermənistanın xaricdəki səfirləri də dilə gəliblər. Onlar Paşinyana qarşı açıq ittiham irəli sürərək, onu siqaret və qızıl qaçaqmalçılığında günahlandırırlar. Paşinyan demokratiyadan çox uzaq bir adamdır. Onun fəaliyyətinin əsas prioriteti diktaturanın təbliği və icrasıdır”.

E.Musayev bildirib ki, Ermənistan baş nazirinin bütün məqsəd və məramı yalnız hakimiyyəti qorumağa hesablanıb. Yəqin, bu səbəbdəndir ki, Paşinyan siyasi rəqiblərinə qarşı yetərincə amansız davranır, onları asfalta uzatmaqla hədələyir və bəzi hallarda hətta bunu edir:

“İşğalçı ölkədəki məlum prosesin hara və nə vaxta kimi davam edəcəyi bəlli deyil. Amma dəqiq olan odur ki, Ermənistanın mövcud hakimiyyəti mövcud aqressiya və təpki qarşısında uzun müddət duruş gətirə bilməyəcək. Paşinyanın yürütdüyü siyasət fiaskoya məhkumdur”.

Etikxeber.az

Read Previous

Azərbaycanda xüsusi karantin rejimi-AVQUSTUN 1-DƏK UZADILDI, BİR SIRA BÖLGƏLƏRDƏ İSƏ KARANTİN REJİMİ DAHA DA SƏRTLƏŞDİRİLƏCƏK – YENİLƏNİB – (3)

Read Next

“Dinc durmayan Ramiz Ənvəroviçdən tutmuş, dirilməyə çalışan Surət Hüseynovadək bir çoxları daha da artırır…”- ARİF HACILIDAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir