OPEC-in baş katibinin Azərbaycana səfəri gözlənilir – NAZİR

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun Azərbaycana səfəri gözlənilir.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib.

Nazir bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağını deyib:

“Ümid edirik ki, Neft İxrac Edən Ölkələr Təşkilatı və Azərbaycan arasında sıx əlaqələrin qurulması dialoq və məsləhətləşmələr vasitəsilə dünya iqtisadiyyatında, neft bazarlarında dəyişiklikləri izləyən, onlara operativ reaksiya təklif edən OPEC-lə mütəmadi təcrübə mübadiləsinin aparılmasına imkanlar yaradacaq”.

Etikxeber.az

Read Previous

Sabah küləkli və şaxtalı hava şəraiti müşahidə olunacaq

Read Next

AMEA 2016/2017-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul elan etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir