“Operativ Qərargahın tərkibinə baxdım və bildim ki, qərar verənlər kimdir… Üç nəfərdən başqa da heç kimin nə tibbə aidiyyatı var, nə də virusa…”-MİLLƏT VƏKİLİ

Qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsun!

İnsanları buraxın getsin dağa, meşəyə, kənd evinə, təmiz oksigenli havaya.

Operativ Qərargahın tərkibinə baxdım və bildim ki, qərar verənlər kimdir.

Hamısı bizim hörmətli dövlət nazirlərimiz, hökumətin digər hörmətli üzvləri.

Üç nəfərdən başqa da heç kimin nə tibbə aidiyyatı var, nə də virusa. Qərarlar da belə olmalı idi. Hələ yaxşı ki, daha pis günə düşməmişik.

Bu tərkib verilən tapşırıqların, hökumətin göstərişlərinin, Prezidentin qərarlarının vətəndaşlar tərəfindən icra edilməsinə nəzarət edənlərdir və pis-yaxşı da edirlər. Amma, o tərkibdə olanlar xəstəlik və virusla, onun müalicəsi ilə, yayılmasının qarşısının alınması ilə bağlı düzgün qərar verə bilməzlər.

Virusun müalicəsi, yayılmasının qarşısının alınması, vətəndaş davranışı və onlara tətbiq olunacaq məhdudiyyətlərin siyahısını başqa qurum hazırlamalı, Operativ Qəragaha təsdiq üçün təqdim etməli və iki qurumun birgə iştirakı ilə qərarlar müəyyən edilməlidir.

Qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsun. Bu qədər bəsitdir hər şey! Baş infeksionist Cəlal İsayev ancaq mətbuatla işləyir, sözünü orada deyir, belə çıxır ki, onu dinləyən, ondan məsləhət istəyən yoxdur, baş epidemioloq İbadulla Ağayev gedib oturub bir ucqar kənddə, heç televizoru və interneti də yoxdur.

Onda günah varmı? Xeyr, çünki, ona deyən var ki, ay İbadulla müəllim, baş epidemioloqsan, gəl məsləhət ver, yol göstər.Mən hökumətə səslənirəm: təcili olaraq həkimlərdən, epidemioloq, infeksionist və mütəxəssislərdən ibarət yeni bir tərkibin yaradılmasına ehtiyac var, məsuliyyəti onların üzərinə qoyun.

İnanıram ki, onlar park və bulvarları bağlayıb, insanları evə qapatmaz və insanlar da evlərdə kütləviliklə toplaşıb bir-birini yoluxdurmazdılar. Onların verdiyi tövsiyyələr insanların iki saatlıq maskaları həftələrlə geyinib sadəcə görüntü yaratmağa səbəb olmazdı.

Bir vacib məsələ də var: insanları buraxın getsin dağa, meşəyə, kənd evinə, təmiz oksigenli havaya.

Razi NURULLAYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Həbs dalğası-XİN-ə-Məmmədyarova da-ÇATDI…

Read Next

İlham Əliyev Trampı-TƏBRİK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir