“Operativ Qərargahın son qərarını tam mənada dəstəkləyirəm…”-SƏRTLƏŞDİRİLMİŞ KARANTİN REJİMİ TƏTBİQ EDİLƏN XAÇMAZIN DEPUTATI SEÇİCİLƏRİNƏ, ÖLKƏ VƏTƏNDAŞLARINA YENİDƏN ÇAĞIRIŞ ETDİ

Ölkənin daha 8 bölgəsi də daxil olmaqla, 16 bölgəsində sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi, sərtləşdirilmiş karantin rejiminin ayın 20-dək uzadılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bir az öncəki qərarını çox vacib, vaxtında və yerində verilən bir qərar kimi qiymətləndirirəm. Sətləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan bölgələr, yeniləri arasında təmsilçisi olduğum Xaçmaz rayonu da var. Çox təəssüf edirəm və narahatlıq hissi ilə vurğulayıram ki, son zamanlar bizim rayonda da koronavirusa yoluxma halları artıb və nəticədə də belə bir mənzərə əmələ gəlib. Bunun özü, eləcə də Operativ Qərargahın bugünkü addımı, qərarı bir daha onun göstərir, bir daha ona çağırışdır ki, insanlarımız artıq bəhanəyə, laqeydliyə, biganəliyə, məsuliyyətsizliyə son qoymalı, xüsusi karantin rejiminin şərtlərinə və qaydalarına birmənalı və istisnasız əməl etməlidirlər. Artıq hər kəs bir nəfər kimi, kimliyindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq, Operativ Qərargahın qərarlarına, TƏBİB-in, Səhiyyə Nazirliyinin, tibb, səhiyyə işçilərinin məsləhətlərinə, tövsiyələrinə, xəbərdarlıqlarına, xüsusilə, hər bir kəsə hər bir məsələdə örnək, nümunə olan dövlət başçımız cənab İlham Əliyevin çağırışlarına əməli addımları cavab verməli, deyilənlərə əməl və riayət etməllidirlər.

Bunu Etikxeber.az-a açıqlamasında Xaçmaz rayonunu parlamentdə təmsil edən millət vəkillərindən biri- deputat Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, son günlərin statistikası göstərir ki, vəziyyət çətin və ağırdır, artıq elə bir ailə qalmayıb ki, bu dəhşətli bəla onun “qapısını” döyməsin.

“Bunu artıq anlamaq, dərk etmək, başa düşmək lazımdır. Artıq yersiz, mənasız sözlərə, yanaşmalara, sözgüləşdirmələrə, “mənə heç nə olmaz, bu, oyundur, virus-filan boş söhbətdir” kimi səfsəfələrə son qoyulmalıdır. Hamı bir nəfər kimi, tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Yeri gəldi-gəlmədi çölə, bayıra, küçəyə, meydan və parklara çıxmamalıdır. Hamı həm özünü qorumalıdır, həm də yaxınlarının, ətrafındakı insanların taleyini risq, təhlükə altına qoymamalıdır. Artıq məsuliyyətsiz davrananlara qarşı sərt ictimai qınaq nümayiş etdirilməli, təpki göstərilməli, eyni zamanda, onlarla qanunun sərt üzü və dili ilə rəftar edilməlidir. Hər kəsə yenidən səslənirəm, hər kəsə yenidən çağırış edirəm: Bəli, hamımız üçün çətindir, hamımızın əsəbləri gərilib, tarıma çəkilib, hamımız yorulmuşuq, amma başqa yol, çarə yoxdur, dözməliyik, səbrli olmalıyıq, xüsusi karantin rejiminin bütün şərtlərinə və tələblərinə istisnasız əməl etməliyik, dövlətimizin yükünü artırmamalıyıq, dövlətimizin gördüyü işlərin hədər getməsinə imkan verməməliyik. Yalnız bu zaman bu dəhşətli bəladan xilas ola, qurtula bilərik”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur…”-İlham Əliyev – Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü-KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Bu barədə icra başçısını məlumatlandırdım…Camaata hansı yolla olur-olsun, su verilməlidir…”-SABİR RÜSTƏMXANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir