“Operativ Qərargahın tövsiyələrinə-məsləhətlərinə şəksiz və birmənalı əmək etmək vacibdir” – İXTİSASCA HƏKİM OLAN MİLLƏT VƏKİLİ

Yevlaxda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri gücləndirilməsi məqsədilə Şəhər İcra Hakimiyyəti Başçısı yanında qərargah yaradılıb. Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə koronavirus (COVİD – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatını əldə rəhbər tutaraq infeksiyanın rayon ərazisində ​ yayılmasının qarşının alınması məqsədilə şəhər İcra Hakimiyyəti Başçısı yanında qərargah yaradılıb. Qərargahın iclası keçirilib, iclasda şəhərdə və rayon ərazisində yas və toy mərasimlərinin (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) keçirilməsinin qadağan olunması, şəhərdə və rayon ərazisində fəaliyyət göstərən iaşə obyektləri, restoranlarda iş rejiminin axşam saat 21:00-dək müəyyən edilməsi, dövlət strukturlarında çalışan şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərlərinin Operativ Qərargahın icazəsi əsasında həyata keçirilməsi, dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə qoyulan məhdudiyyət barədə məlumatların rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinə və sakinlərə çatdırılması qərara alınıb.

Bu haqda Etikxeber.az-a açıqlamasında 4-cü dəfə Yevlaxdan millət vəkili seçilən və Milli Məclisin (MM) Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü olan həkim İlham Məmmədov məlumat verib.

Onun qeyd etdiyinə görə, qərargahın iclasında planlaşdırılıb ki, göstərilən qadağaların həyata keçirilməsinə riayət etməyənlərin cəzalandırılması haqqında idarə, müəssisə rəhbərlərinə və sakinlərə məlumat verilsin. Həmçinin infeksiya və onun rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə işlərin davam etdirilməsi və sakinlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi üçün icra başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə tapşırıq və tövsiyyələr verilib. Bununla yanaşı Yevlax şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə xüsusi tədbirlər görülür. Məsələnin cidiliyi nəzərə alınaraq şəhərdə və rayonun kəndlərində, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə​ tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.​ ​ ​

“Mən özüm də bir yevlaxlı, bir həkim, Yevlaxı təmsil edən bir millət vəkili kimi, yeni yaradılmış qərargahla əlaqə saxladım, görülən, görüləcək işlərlə bir daha maraqlandım.Bunlar təqdirəlayiq işlərdir, təhlükəyə qarşı profilaktik və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün rayonumuz demək olarb ki, tam səfərbər olunub. Eyni zamanda, bütvlükdə belə hesab edirəm ki, atılan addımlar, görülən işlər dünyada baş vermiş bir bəlaya qarşı mübarizədir. Təbii ki, ölkəmiz, xalqımız, Azərbaycanımız bu mübarizədən alnıaçıq-üzüağ çıxacaq. Çünki ortada böyük iradə var. Ölkə Prezidenti cənab İlham Əliyev bu təhlükənin vaxtında önlənməsi, qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlərin hazırlanması haqda göstəriş verib. Elə 6-cı çağırış parlamentin ilk-açılış iclasında da ölkə Prezidenti bu təhlükənin qarşısının alınması üçün qonşu İran dövlətindən ölkəmizə gələn maşınlarda sürücülərin təhlükə mənbəyi olacağı ehtimalını nəzərə alaraq, onlara yerindəcə ərzaqla-isti qida ilə təmin olunmaları barədə göstəriş vermişdi. Bu, doğrudan da, müqayisəyəgəlməyəcək profilaktik tədbirlər metodlarından biridir. Qapını bağlmaq və o qapıdan daxil olan virus daşıyıcılarının ölkə əhalisi üçün təhlükəsini önləmək baxımından çox vacib addımlardan biridir.

Eyni zamanda, bir həkim kimi üzümü xalqımıza, insanlarımıza, yevlaxlılarıma tutaraq bildirmək istəyirəm ki, bu ümumi bəyaya qarşı birgə və düşünülmüş mübarizə aparmaq lazımdır. Bu məsələdə hamımız bir yerdə olmalıyıq. Çünki bu, təkcə bizim üçün deyil, bütün dünya üçün bir bəladır. Biz özümüzü səfərbər etməklə dünyamıza, balaca Yer kürəmizə öz köməyimizi göstərməliyik. Bu da ortaya qoyulmuş qayda-qanunlara, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etməklə, profilaktik tədbirlərin həyata keçirilməsi üçün lazımi addımları ardıcılı şəkildə atmaqla, gigiyenik tədbirləri həyata keçirməklə mümkün ola bilər. Həmçinin, əhalinin daha sıx olduğu yerlərdən lüzum olmadığı təqdirdə uzaq olmaq lazımdır. Yəni, ailəni, övladını, ətrafındakıları qorumaqla, hamımız bu işə ümumi töhfəmizi vermiş olarıq. Bununla yanaşı, toy şənliklərinin-müxtəlif mərasimlərin keçirilməsi hələlik məqsədəuyğun hesab olunmursa, bunu anlayışla qəbul etmək gərəkdir. Bir sözlə, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə-məsləhətlərinə şəksiz və birmənalı əmək etmək vacibdir. Yalınız bu zaman biz bu ümumi bəlaya qarşı effektli mübarizə aparmış olarıq”-deyə, i. Məmmədov qeyd edib.

Millət vəkili sonra bunları sözlərinə əlavə edib:

“Görülən tədbirlərin davamlı və daha effektli olması üçün cəmiyyətimizin buna kömək etməsi lazımdır. Əgər karantinə ehtiyac varsa, bunu anlayışla qəbul etmək lazımdır. Bu virusun inkubasiya-əmələgəlmə dövrü iki həftə çəkir. Qeyd edim ki, bu gün Taun Əleyhinə Mərkəzdə də hər cür şərait var, yüksək şəraitli laboratoriya qurulub. Orada analizlər götürülür, 24 saatdan sonra təkrar analiz götürülür. Əgər şübhəli bir hal olmasa, inkubasiya dövrü başa, iki həftə çatandan sonra xəstə sağlam şəkildə evinə dönür və öz həyatanı davam etdirə bilir. Özünüz də görürsünüz ki, bu gün bəzi ölkələrin dövlət başçıları belə bir balaca şübhə varsa, təcrid olunur, karantinə alınır və mövcud qaydalara da əməl edirlər. Ona görə bizlər də ortaya qoyulmuş qayda-qanunlara əməl etməli və panikaya düşməməliyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ajiotaj yaratmaq bizə yaraşmaz…” – DEPUTATDAN MEDİAYA VƏ SOSİAL ŞƏBƏKƏ İŞTİRAKÇILARINA MÜRACİƏT

Read Next

Əliyevlə Ərdoğan danışdı:Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı-SƏRƏFLƏRİ DAYANDIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir