Oqtay Əsədov Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə tanış oldu – FOTO

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə tanış olub.

Etikxeber.az xəbər verir ki, Ticarət Evinin rəhbəri Vasif İsmayılov bildirib ki, fəaliyyətə başladığı qısa müddətdə Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 100 tona yaxın meyvə-tərəvəz məhsulları, 8 min şüşə zeytun yağı, 3 min şüşə nar şirəsi, 1200 qutudan artıq çay və digər məhsullar ixrac olunub. Artıq Azərbaycan məhsulları Belarusun ən böyük market şəbəkələrində satışa çıxarılıb. Yüksək keyfiyyətinə görə yerli alıcıların diqqətini cəlb edən Azərbaycan məhsullarına tələbat gündən-günə artır. Azərbaycan şərablarının və digər məhsullarının ixrac imkanlarının artırılması üçün kvota və lisenziyanın alınması istiqamətində razılaşma əldə olunub.

Nümayəndə heyətinə Azərbaycan məhsulları ilə bağlı ətraflı məlumat verilib.

Etikxeber.az

Read Previous

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəldi – FOTO

Read Next

“AŞ-nin fəaliyyətində mütəmadi olaraq ikili standartların mövcudluğunu görürük” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir