Oqtay Əsədov İranın prezidenti və spikeri ilə görüşdü – FOTOLAR – YENİLƏNİB

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.

Etikxeber.az xəbər verir ki, dekabrın 25-də nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

RUHANIII

RUHANIII-1

Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, İsa Həbibbəyli, Hadi Rəcəbli, deputatlardan Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər zamanı həmçinin,  İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşlər nəzərdə tutulur.

Bu görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri Urmiya şəhərində də olacaqlar.

Burada deputatlarımızın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarla görüşü gözlənilir.

***

O. Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 25-də İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə də  görüşüb.

RUHANIIII-3

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İstərdim ki, bu kitab Türkiyədə geniş yayılsın…” – ELMİRA AXUNDOVA

Read Next

Terrorçuluq dünyada qlobal problemə çevrilib – LARİCANİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir