Oqtay Əsədov İtaliyaya gedir

Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Milli Məclisin nümayəndə heyəti İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaq.

Səfər mayın 8-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirildi – FOTOLAR

Read Next

İsrail və Fələstin atəşkəs barədə razılığa gəldilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir