“Oqtay müəllimlə münasibətlərimiz çox yaxşıdır, Sahibə xanımla da 10 il bir yerdə işləmişik, çox ziyalı, savadlı xanımdır…”-ZİYAFƏT ƏSGƏROV

Tam səmimi deyirəm ki, buna çox normal baxıram. Mən 20 il Milli Məclisin rəhbərliyindəki şəxslərdən biri olmuşam. Rotasiya prosesini çox normal qarşıladım. 

Etikxeber.az xəbər verir ki, bunu sabiq birinci vitse-spiker, Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov APA-ya müsahibəsi zamanı “Parlamentin rəhbərliyində təmsil olunmayacağınız xəbərini necə qarşıladınız” sualını cavablanırarkən bildirib.

O, “Sabiq spiker Oqtay Əsədov və hazırkı spiker Sahibə Qafarova ilə münasibətləriniz necədir” sualına isə belə cavab verib:

“Oqtay Əsədovla 20 il bir yerdə işləmişik, 15 il Milli Məclisin sədri olub. Bu gün də Oqtay müəllimlə münasibətlərimiz çox normal və yaxşıdır. Sahibə xanımla 10 il bir yerdə işləmişik, çox ziyalı, savadlı xanımdır. Sahibə Qafarova uzun müddət Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında çox yüksək səviyyədə təmsil edib, Büro üzvü, komitə sədri, məruzəçi olub. Hərtərəfli yetişmiş bir kadrdır və mən onun fəaliyyətindən razıyam…”.

Etikxeber.az

Read Previous

“Görülən işlər postpandemiya dövrünə istiqamətlənib ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

MM-in Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin təşəbbüsünü dəstəkləri və ÇAĞIRIŞ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir