“Orada həqiqətən dəhşətli şeylər baş verir…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Avropa Şurası hər zaman Azərbaycana qarşı qısqanc, ədalətsiz mövqe sərgiləyib.

İnsanlar bunu vizual görür, efirdən seyr edir, qəzetdən, saytdan oxuyur, amma mən həmin münasibəti canlı olaraq müşahidə etmişəm. Strasburqda.Orada həqiqətən dəhşətli şeylər baş verir.

Bu məkanın sanki daşı, sütunu ədalətsizlik üzərindən hörülüb, xəmiri xəyanətdən yoğulurub.

AŞPA-da olan riyakarlıq dünyanın heç bir təşkilatında, beynəlxalq platformasında yoxdur.

Həmin riyakarlıq hətta qurumun yeməkxanasına qədər siyayət edib.

Orada belə bəzi üçsifətlilər, beşstandartlılar oyun oynayırlar.

Əsas “mirzə”ləri, idarəçiləri adama salonda başqa şey deyirlər, kulisdə başqa şey, çörək kəsdiyi yeməkxanada başqa şey.

Yəni, son ana qədər müəyyən edə bilmərsən ki, mövqe nədir, münasibət nədir.

Rəhbərləri daim təsir altında, əsas söz deyənləri tapşırıq qulu, komitə iclasları xaotik, müzakirə predmetləri abstrakt.

Belə təşkilat demokratik, düzgün, ədalətli mövqe sərgiləyə bilərmi?

Əsla və əsla!

Ona görə də nüfuzu günbəgün düşür, yıprandıqca yıpranır, bitdikcə bitir, tükəndikcə tükənir.

Avropa Şurası həm də ikili standartların ən çox vüsət aldığı platformadır və yəqin məlum səbəbdəndir ki, eyni adlı təşkilat Ermənistanda, eyni zamanda işğal edilmiş ərazilərdə baş verən hadisələrlə: qondarma seçkilərlə, qırğınlarla, siyasi təqiblərlə bağlı bir dəfə də olsun ədalətli mövqe sərgiləməyib, məlum xunta rejimini, vandalları, qəsbkarları ifşa etməyib.

Hətta, pandemiya dövründə keçirilən və faktiki olaraq insan həyatına yönəlik qəsdi özündə ehtiva edən seçkini belə görməzdən gəlib.

Avropa Şurasının əsl və saxta siması, mahiyyəti bax budur!

365 həqiqi üzvü olan Təşkilatın qışda keçirilən son plenar iclasında cəmi 163 nəfər iştirak edib.

Görünən budur ki, məlum gedişlə Avropa Şurası yalnız sədarətdən ibarət olacaq.

Çünki özlərini artıq biabır ediblər, yürütdükləri siyasətlə nüfuzlarını itiriblər.

Kimsə onları ciddiyə almır. Elə düz də edib almır.

Elşən Musayev,

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavinin, ADMP sədri

Etikxeber.az

Read Previous

Baş Prokurorluq Sumqayıtda baş verən qətllə bağlı- MƏLUMAT YAYDI

Read Next

3 NƏHƏNG-3 İSTİQLALÇI…BİR FOTO-İKİ XATİRƏ…- Kamil HƏMZƏOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir