“Oradan gələndə günlərlə özümdə olmuram…” – AYGÜN BAYRAMOVA – MƏŞHURLAR AĞDAMIN İŞĞALI GÜNÜNDƏ NƏ DEDİLƏR?

Bu gün Azərbaycanın, Qarabağımızın ən gözəl və ən dilbər guşələrindən, şeir, sənət, muğam mərkəzlərindən olan Ağdamın erməni işğalçıları tərəfindən işğalı günüdür.

Düz 26 il öncə, iyulun 23-də düşmənin hücumlarına mətanətlə sinə gərən, minlərlə Şəhid verən Ağdam rayonu erməni qəsbkarları və onların arasında dayanan güclər tərəfindən işğal edildi.

23 iyul 1993-cü il Azərbaycanın, Qarabağın, Ağdamın tarixinə ən qara günlərdən biri kimi yazıldı.

Düzdür, bu gün Ağdamın bir hissəsi bizdə olsa da, böyük bir hissəsi işğal altındadır və işğaldan, murdar, alçaq erməni tapdağından qurtulacağı, azad olunacağı günü gözləyir və inanırıq o gün UZAQDA deyil.

Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin hələ bir xeyli müddət öncə Ağdam Muğam Mərkəzinin açılışında dediyi kimi:

 “… Mənə verilən məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır…”

Bəs görəsən, Ağdamdan olan məşhurlar, tanınmışlar Ağdamla bağlı nə düşünürlər, nələri xatırlayırlar, nələri azrulayırlar?

aqdam-meh-1-768x477

Aygün_Bayramova_01.03.2019

mensum_23568977446

Etikxeber.az xəbər verir ki, əslən Ağdam rayonundan olan tanınmış sənətkar-xanəndə, Xalq artisti Aygün Bayramova bunları deyib:

 

-Bildiyiniz kimi, mən dünyaya Qarabağımızın dilbər guşələrindən olan Ağdamda göz açmışam, eyni zamanda, məhz Ağdamda 9 yaşından bu sənətə gəlmişəm. Mən o günlərimi xatırlayanda gözlərim dolur, göz yaşlarıma hakim ola bilmirəm. Çünki mənim ifam orada başlayıb. Mən oradan başlamışam oxumağa

Ancaq indi Ağdam, Qarabağ haqqında keçmiş zamanda danışmaq, ağdamsızlıq, qarabağsızlıq mənə çox ağır gəlir. Mən o torpaqda böyümüşəm, o torpaqda dünyaya göz açmışam, oranın suyunu içmişəm, havasını udmuşam, çörəyini yemişəm. İndi bu haqda danışmaq mənim üçün çox çətindir. Ağdamda tədbirlər olan vaxt inanın ki, bir Allah bilir mən hansı hisslər keçirirəm. Oradan qayıdıb gələndə günlərlə özümdə olmuram. Həm də orada olarkən yalnız bir hiss beynimdən keçir, yəni, bu saat avtomatı əlimə alıb gedib erməniləri öldürəcəyəm. Bu hissdən başqa mən də ayrı hiss olmur.

Ancaq eyni zamanda inarıram ki, çox yaxın zamanlarda biz yenə o torpaqlara qayıdacağıq, torpaqlarımız murdar erməni işğalından azad olunacaq. Özü də ermənilər çox qorxaq və həyasız millətdirlər. Onlar görürsünüz hələ də indiyə qədər yalanlarla məşğuldurlar. Ancaq Qarabağ heç zaman onların olmayıb və olmayacaq da. Ağdamın, Qarabağın işğaldan azad edildiyini də eşitmək bir ağdamlı , bir qarabağlı kimi mənim üçün çox böyük bir bayram olar.İnanın, bütün o torpaqlarımız işğaldan azad olsun, o cümlədən, mənim doğulduğum Ağdam torpağı, vallah, mən qarış-qarış gəzərəm oranı, ayaqyalın gedərəm oralara. “Qarabağ şikəstəsi” ilə bu sənətə gəlmişəm, elə oradaca ilk olaraq “Qarabağ şikəstəsi”ni oxuyardım. Dizlərimi yerə qoyardım, torpağımı öpərdim…

Xalq artisti, xanəndə Mənsum İbrahimov:

-Ağdamın işğalı mənim indi də gözümün qabağından çəkilmir. Çünki bütün qohum-əqrəba, nəsil orda idi. Heç kim Ağdamdan çıxmamışdı. İnanmırdılar ki, işğal oluna bilər. Ağdamda dolu evlər qaldı. Zavod və fabriklərin içərisi də dolu qaldı. Şərab zavodu, diğər müəssisələr – hamısı necə işləyirdisə, elə də işğal olundu. Heç kim torpağını atmağı özünə sığışdırmırdı. Amma düşmən qapıda idi. Bizdə o zamanlar başıpozuqluq var idi, mütəşəkkil özünü müdafiə yox idi…

…Mən Ağdama gedirəm, qayıtmaq istəmirəm. Düşünürəm ki, insan yaşa dolduqca, torpaq onu çəkir. Çünki mən o torpaqda doğulmuşam, səsi də orada almşam. O torpağın bir zərrəsiyəm. Dəfələrlə demişəm ki, bəzən soyuqlayırsan, yorğun olursan səsin yaxşı işləmir. Halbuki, Ağdama hansısa bir tədbirə getməkdən söz düşəndə “baş üstə, gedək” deyirəm. Xəstə olduğumu, səsimin yaxşı işləmədiyini düşünmürəm. Ona görə, Yevlaxın körpüsünü keçən kimi səsim açılır.

Ola bilməz ki, Ağdamda mənim səsim işləməsin. Bu, möcüzədir. Azərbaycanın təbii ki, bütün bölgələri əzizdir, vətənimizdir. Biz vətəni gözəl havasına, suyuna görə sevmirik ki… Kürdəmir də vətəndir, Hacıqabul da vətəndir, Daşkəsən də vətəndir, Ağdam da… Sadəcə doğulduğun, böyüyüb, boya-başa çatdığın torpaq sənə bir köynək daha yaxındır…

Etikxeber.az

Read Previous

Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilir – BU GÜN

Read Next

Avroliqada da II təsnifat mərhələsi start götürür…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir