Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Məhəmməd oğlu Qurbanovun doğum günüdür.
Fariz Qurbanovun bu gün 25 yaşı tamam olur.
Bu, Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, 1998-ci ilin iyun ayının 28-də Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gələn Fariz Qurbanov evin iki övladından biri olub.
Farizgil ailədə iki övlad-bir bacı, bir qardaş olublar.
Fariz Qurbanov Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb.
Əsgərliyini, hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb.
İkinci Vətən Müharibəsinə az qalmış yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyətə başlayıb.
İkinci Qarabağ Savaşının ilk saniyələrindən döyüşlərə atılıb və elə müharibənin ilk günündə, sentyabrın 27-də Ağdərə istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.
Nəşi bir gün sonra Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən bir neçə medalla təltif olunub.
Ancaq bugünədək Farizin Orden Haqqı tanınmayıb.
Ailəsi, valideynləri isə Farizin ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər.
2021-ci ilin 28 iyun tarixində, Şəhidin Cənnətdəki ilk doğum günündə Fariz Qurbanovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.
Eyni zamanda, Qızılhacılı qəsəbəsindəki küçələrdən biri Fariz Qurbanovun adını daşıyır.
Fariz Qurbanov həm də subay olub.
***
Cənnətdəki üçüncü doğum günü, 25 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, qısa çıxışlar edilib.
Ziyarətdən sonra Cənnətdəki üçüncü doğum günü ilə bağlı Şəhidin ailəsinin yaşadığı evdə mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.
Bir daha Şəhidin ruhuna dualar oxunub.
Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.
Eyni zamanda, gənc və istedadlı rəssam, Qazi xanımı Elminaz Qəhrəmanovanın çəkdiyi, hazırladığı portret-Fariz Qurbanovun portreti Şəhidin ailəsinə təqdim olunub.

Şəhidin ailəsi də öz növbəsində Qazi xanımı olan gənc rəssama minnətdarlıqlarını ifadə ediblər.
Mərasim zamanı həmçinin, Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı tort kəsilib.
Və bu zaman təsirli, kövrək anlar yaşanıb, mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin valideynləri və tək bacısı, Qızılhacılıdan, Goranboydan, Naftalandan, Bərdədən və Ağdamdan olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 25 yaşı mübarək olsun!
Nur içində yatsın!
12:59
***
FOTOLAR:






13:45
***






15:00
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




