Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
17 avqust 2023-cü il tarixində, axşam saatlarına yaxın Gədəbəy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən biri, evin-ailənin tək və subay oğlu, 3 medallı Hüseyn Aslan oğlu Rzayevin ailəsini, ocağını ziyarət etdik.
Ziyarətdə mənimlə birlikdə Goranboylu Şəhid və Qazi atası, özü də Birinci Qarabağ Savaşı Qazisi olan İlqar Əliyev iştirak edirdi.
Novosaratovkalı Şəhidimizin valideynlərinə-tək oğullarını Şəhid vermiş Yeganə xanıma və Aslan Rzayevə öncə Allahdan səbr və dözüm dilədik…
Onlara “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…
Sonra təxminən bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin Yaralı, Dərdli, həm də Qəhrəman valideynləri ilə dərdləşdik, söhbətləşdik, bir daha Hüseyn Rzayevin qısa, lakin şərəfli 24 illik ömür və döyüş yoluna nəzər saldıq…
Şəhidimizin valideynləri hələ də övladlarının ölkəmizin ailə ordenlərindən biri ilə təltif olunmamasından üzgün və narazıdırlar…
İstəyirlər və tələb edirlər ki, bir aya yaxın döyüş yolu keçmiş və Füzulidə Şəhidlik məqamına ucalmış tək oğulları Haqq etdiyi ali ordenlərimizdən biri ilə təltif olunsun, onun adı, xatirəsi əbədiləşdirilsin…
Eyni zamanda, övladları “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülsün…
Ziyarətimiz zamanı həmçinin, Şəhidimizin anası Sevda xanıma, Sevda Bəhram qızı Rzayevaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…
Eyni zamanda, Şəhidimizin valideynləri tərəfindən başa gətirilmiş “Şəhidlər bulağı”nı və Şəhidin məzarını ziyarət etdik, ruhuna dualar oxuduq…
Və bir daha Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzulayaraq, onlardan ayrıldıq…
Məkanı cənnətlik olsun, Nur içində yatsın, Nur üzlü Şəhidimiz!
***
FOTOLAR:

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





