Orden Haqqı hələ də tanınmayan-BƏRDƏLİ XÜSUSİ TƏYİNATLI MİRSƏDİ BAĞIRLININ BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-əslən Ağdərəli (Tərtərli-Umudlulu), özü isə Bərdə doğumlu olan Mirsədi Mircəfər oğlu Bağırlının doğum günüdür.

Cənnətdəki üçüncü doğum günü olan Mirsədi Bağırlının bu gün 23 yaşı tamam olur.

Etikxeber.az-ın xəbərinə görə, Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Bərdə rayonunun Mehdixanlı kəndində dünyaya gəlib.

Atası Mircəfər kişi isə Birinci Qarabağ Savaşının iştirakçısı olub.

Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi idi.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq ailəsinə dönüb.

Ancaq həyatını yenidən Ordu, hərb ilə bağlayıb, 3 aylıq kurs bitirib, Gizir rütbəsini daşıyıb, Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Təyinatlılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb, Murov-Kəlbəcər, Füzuli-Cərayıl istiqamətlərində vuruşub və müharibənin 14-cü günündə, oktyabrın 10-da Cəbrayılın Sarıcalı kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 11-də Bərdənin Hacallı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ancaq Şəhidin ailəsi övladlarının eyni zamanda, ölkəmizin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Cəmi 20 yaşında Şəhidlik məqamına ucalan Mirsədi Bağırlı həm də subay olub.

Məkanı cənnətlik, məqamı Uca, dərgahı mübarək, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu olan, ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MƏHƏMMƏD İSMAYILZADƏNİN BU GÜN 27 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Azərbaycan tərəfi əmin olmalıdır ki, İranda səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir