Orden haqqı hələ də tanınmayan, evin-ailənin tək, subay və ali təhsilli oğlu-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ALI NOFƏL OĞLU HƏSƏNLİ…ŞƏHİDİN ORDEN HAQQI NƏ VAXT TANINACAQ? – FOTOLAR

Bu gün-20 iyul 2024-cü il tarixində, axşam saatlarında daha bir Şəhid ailəsində oldum…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ocağını ziyarət etdim…

Daha bir İgid, Qəhrəman, Vətən sevdalısı Şəhidimizin-əslən Gürcüstanlı, özü isə Bakı (Nizami) doğumlu olan Alı Nofəl oğlu Həsənlinin ailəsinə, valideynlərinə baş çəkdim…

Evin-ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin sonbeşiyi Ali Həsənlinin valideynləri-anası Ramilə xanım və atası Nofəl Həsənovla bir araya gəldim…

Qeyd edim ki, bu, mənim son 3 ildə Şəhidimizin ailəsini, ocağını haradasa 6-cı ziyarətim idi…

Və təxminən iki saata yaxın çəkən ziyarətim zamanı bir daha Şəhidimizin ailəsinə, Dərdli, Yaralı, həm də Dik duruşlu, Qəhrəman valideynlərinə Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Şəhidimizin müqəddəs ruhu qarşısında baş əydiyimi bildirdim…

Onlarla-Şəhidimizin valideynləri ilə bir daha söhbətləşdim, dərdləşdim…

Şəhidimizin valideynlərini daha çox övladlarının hələ də ölkəmizin ali ordenlərindən biri ilə təltif olunmaması narahat və məyus edir…

Onlar da bir çox Şəhidlərimiz, Vətən sevdalılarımız kimi tək oğullarının-bir aya yaxın şərəfli döyüş yolu keçmiş və 2020-ci ilin oktyabr ayının 21-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalmış övladlarının ordenlə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər…

Son 3 ilə yaxın müddət ərzində dəfələrlə söz verilsə də, ancaq övladları hələ də Haqqı olan ordenlə təltif olunmayıb…

Bu isə qeyd etdiyim kimi, Şəhidimizin ailəsini, valideynlərini incidir və məyus edir…

Odur ki, artıq Şəhidimizin ailəsinin, valideynlərinin narahatlığına, üzüntüsünə son qoyulmalı və övladları Alı Həsənli Haqqı olan ordenlə təltif olunmalıdır!

Haqqıdır və Haqqını da almalıdır!

Və ziyarətimin sonunda Şəhidimizin valideynləri ilə bir daha xatirə fotoları çəkdirdim.

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik”-AZƏRBAYCAN PREZİDENTİ

Read Next

Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenli, cəmi 20 yaşlı-Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi Emil Sadıqzadə-SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 24 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir