Ordumuzun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub-MN

İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Etikxeber.az

Read Previous

İllər öncə iki qardaşını və atasını itirən Səbailli İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Həsənovun-CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ ZEYVƏ KƏNDİNDƏKİ MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

İmişlili İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı-NURLAN MADƏR OĞLU HÜSEYNOVUN ONSUZ QEYD EDİLƏN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ… BU GÜN ONUN 31 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir