Ordumuzun bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən-GÖTÜRÜLDÜ…

Beynəlxaql Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Ordusunun hərbçisinin meyitinin neytral ərazidən götürülməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Etikxeber.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhəddində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb.

İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində neytral ərazidə tapılıb.

Etikxeber.az

Read Previous

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin qarşısında duran əsas vəzifələrdəndir…” – NAZİR

Read Next

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı-KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir