“Ordumuzun Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır”-MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür:

“Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir”.

Etikxeber.az

Read Previous

“Həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə biz BQXK-ya dəfələrlə müraciət etsək də, erməni tərəfi imtina edib”-İLHAM ƏLİYEV

Read Next

Bütün təhsil müəssisələrində tədris distant olacaq-NOYABRIN 2-DƏN…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir