Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan vətəndaşlarının rifahının yüksldilməsi, xüsusi ilə, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi cənab prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Müzakirənizə təqdim olunan 2021-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanin layihəsi də bu ali niyyəti rəhbər tutaraq tərtib edilmişdir. Qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Fondun 2021-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 146 milyon 30 min 160 manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 361,34 milyon manat və ya 7,55% çoxdur. Fondun gəlirlərinin strukturuna nəzər salarkən qeyd etməliyik ki, gəlirlərin 68,4%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 31,6%-i isə dövlət büdcəsindən transfert hesabına təmin ediləcəkdir.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il üzrə büdcəsi haqqında” qanun layihəsinin təqdimatını edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri deyib ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların 61,59%-i və ya 2 milyard 157 milyon manatı qeyri-büdcə sektorunun payına düşür ki, bu da cari ilin proqnoz göstəricilərindən 8,53% və ya 169,47 milyon manat çoxdur. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək Məcburi Dövlət Sosial Sığorta haqları üzrə daxilolmaların proqnozu 1 milyard 345,43 milyon manat təşkil edir ki, bu da cari ildəki proqnozdan 60 milyon manat azdır.
Onun sözlərinə görə, 2021-ci ildə dövlət büdcəsindən transferin məbləğınin proqnozu 1 milyard 631 milyon 530 min manat nəzərdə tutulub ki, bu da cari ilin təsdiq olunmuş müvafiq göstəricisindən 442,62 milyon manat və ya 37,23% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək Məcburi Dövlət Sosial Sığorta haqları üzrə daxilolmaların cari ilə nisbətən az, büdcə transfertinin isə cari ildəkindən nisbətən yüksək proqnozlaşdırılması koronavirus pandemiyasının iqtisadi fəallığa göstərə biləcəyi mənfi təsirləri nəzərə almaqla ehtiyatlı büdcə siyasəti kimi izah etmək olar
“2021-ci ildə Fondun xərclərinin əsas istiqamətləri aşağıdakılardan ibarət olacaqdır: -əhaliyə əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin verilməsi üzrə ödənişllər; -AHİK xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdirilən xərclər, -pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri; -DSMF-nin mərkəzi aparatının və onun yerli orqanlarının və “DOST” Agentliyinin əhaliyə sosial sahədə xidmətlərinin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri. Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumı xərclərinin 97,26%-i və ya 5 milyard 4 milyon 790 min manatını əhaliyə ödənişlər təşkil edəcəkdir. Bu məbləğin 4 milyard 880 milyon 40 min manatı əmək pensiyalarının və 124,74 milyon manat isə Məcburi Dövlət Sosial Sığorta haqları hesabına verilən müavinətlərin hesabına təmin ediləcəkdir.

Qeyd etmək lazımdır ki, büdcə layihəsində əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün 338 milyon manat məbləğ vəsait nəzərdə tutulur. Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil etmiş, 2020-ci ilin sonuna bu göstəricinin 301,1 manat, 2021-ci ildə isə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 370 manat təşkil edir. Qeyd olunmalıdır ki, minimum pensiya məbləğinin alıcılıq qabiliyyəti indeksinə görə (PPP) Azərbaycan Respublikası postsovet ölkələri arasında 1-ci yerdə, orta aylıq pensiya məbləğinin alıcılıq qabiliyyəti indeksinə görə isə 2-ci yerdədir. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti artma tendensiyasına malik olacaqdır. Belə ki, qeyd edilən əmsal 2018-ci ildə 40,8%, 2019-cu ildə 41,5% olmuş, cari ildə həmin əmsalın 43,5% olması gözlənilir, gələn il isə 48,1% olacağı proqnozlaşdırılır. 2019-cu ildə əvəzləmə əmsalındakı artım həmin ildə əmək pensiyalarının minimum məbləğinin 67%-lik həddə artması hesabına baş vermişdir. Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğlərinin artım dinamikası müvafiq olaraq, 14,2% və 9,3% səviyyəsində qiymətləndirilir ki, bu göstəricilər orta aylıq əmək haqqında baş verəcək dəyişiklik göstəricisini üstələyir.
Cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4% artması proqnozlaşdırılır ki, bu da həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən (3,0%) nəzərə çarpacaq dərəcədə çoxdur. Bu isə öz növbəsində pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcəkdir”-deyə, komitə sədri sonra qeyd edib.
Komitə sədri eyni zamanda bildirib ki, əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır.
“Əlilliyə görə pensiyaların orta aylıq məbləği 2020- ci ilin birinci yarım ili üçü 261 manat təşkil etmişdir ki, bu da əmək pensiyalarının orta aylıq məbləğindən 14 % azdır. 2021-ci ildə Məcburi dövlət sosial Sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsi üçün Fondun ümumi xərclərinin 2,4%-i qədər və ya 124,75 mln. manat vəsait nəzərdə tutulmuşdur. Bu müavinətlərin ödənilməsi xərclərinin 23,0%-lik artım tempi Fondun ümumi xərclərinin 7,6%-lik artım tempini üstələyir, daha yüksək səviyyəli artım 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinət (46,3%) növü üzrə müşahidə edilir. Ən az artım səviyyəsi isə dəfn üçün müavinətin (11,4%) xərclərinin maliyyələşdirilməsi üzrə proqnozlaşdırılır”.
Qeyd edək ki, qanun layihəsi ilə bağlı MM-in günorta iclasında müzakirələrə, deputatların çıxışlarına başlanılacaq.
13;25
***

Hazırda qanun layihəsi barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin çıxışı başlayıb.
O,qeyd edib ki, ötən müddət ərzində 250 milyon manat vəsaitə qənaət edilməsinə nail olunub.
Onun sözlərinə görə, ümumiyyətlə, ölkədə orta pensiyanın məbləğı 50 faiz artıb.
“Prezidentin tapşırığı ilə son bir ayda 4 min 500 şəhid ailəsi və qazi qayğı ilə əhatə olunub, evlər və avtomobillər verilib”-deyən S.Babayev qeyd edib ki, İkinci Vətən Müharibəsi ilə bağlı artıq 1500 şəhid ailəsi və əlil pensiya və müavinətlərlə təmin olunub:
“2019-cu illə müqayisədə 2020-ci ildə pensiyaya 700 milyon manat, müavinətlərə 300 milyon manat çox vəsait ayrılıb”.
15:14
***

MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Birinci Qarabağ Savaşında iştirak edənlər də yaddan çıxmamalıdır.
“İndi bəlkə də zamanı deyil. Amma gələcəkdə onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, müavinətlərinin artırılması ilə bağlı addımlar atılmalıdır ki, ayrı-seçkilik olmasın. Eyni zamanda, İkinci Vətən Müharibəsi Şəhidlərinin ailələrinin, Qazilərin problemlərinə diqqətlə yanaşılmalıdır. Xüsusilə, kirayədə yaşayanların, mənzil şəraiti ağır olanların vəziyyəti mütləq şəkildə nəzərə alınmalıdır”-deyə, komitə sədri bildirib.
15:30
***

MM-in komitə sədrinin müavini Əli Məsimli aparılması gözlənilən ixtisarlar məsələsinə toxunub və burada diqqətli olmağa çağırış edib.
Qeyd edib ki, indiki reallıqda bu məsələyə xüsusi həssaslıqla yanaşılmalıdır.
Həmçinin bildirib ki, hansısa məmur, vəzifəli şəxs başqası ilə əvəzlənərkən, yeni gələn şəxs dərhal köhnəni vurub dağıtmamalı, təzədən qurmamalı, əksinə, köhnə baza əsasında peşəkarlarla işi davam etdirməlidir.
15:44
***
Sonra “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) danışan S. Babayev bildirib ki, növbəti dövrdə özünüməşğulluq 16 min insanı əhatə edəcək.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





