ORTA MƏKTƏBDƏKİ ŞAGIRD İNTİMİ BARƏDƏ – Tanınmış hüquqşünas yazır

Dūnyada təsadūf heç nə yoxdur.

Nəsə nədənsə yaranır və nazil, peyda olmur.

Hər bir hadisə səbəbin, gedişatın və ondan doğan zərurətin təbii nəticəsidir. Təsadūf, sadəcə baş verən prosesi, gedişatı görə-qavraya bilməyən hissiyatsız tutqun beyin yanlışdır. Birdən-birə nəticəni görūb ayılıb şoka dūşūb, səbəbə isə vara bilməyən beyinin. Hava tutulur, nahəng qara buludlar üz-üzə gəlir. Bunu ģörūb, gedişatı analizli dūşūnən beyin ūçūn nəticə, yəni buludların toqquşub ildırım çaxması adi zərurətdir. Yalnız son nəticə görūb, gurultu və yer titrəməsi, göydən yerə işıq saçması ilə səksənib ayılan beyin üçün dəhşətli şok və təsadüfdür..

Məktəbdə, yekə, 11-ci sinif, 17 yaşlı oglanla (onun bir boyuna, təcrübəli “hərəkətlərinə” baxın ki, yekə-yetkin erkək kimi) həyata təzəcə göz açan 7-ci sinif azyaşlı (13) kiçik qız arasında nə münasibət formatı ola bilər ki? Hegemon-tabelik! Burada mənəvi-psixoloji yaş, təcrūbə, imkan ūstūnlūyū və fiziki-gūc təzyiqinin ūmumi komplekt təsiri azyaşlı qızı şok, tabelik hipnozu durumna salıb. O yekə, oglan onun ūçūn rəgbət və qorxu kumirinin surroqat-qaırşığıdır bu saat. Düşübdür bu məktəb, mühit də o oglanın təsir konveyerinə, yuxudadır, tam təslim heysiyyat ilə bir yoldur gedir özündən də asılı olmayaraq. Hər cür oynadılmagı, alçaldılıb aşagılanmagı da qəbul edir… Ta ki, bu işin üstü açılıb, ayılıb, özünū “lezvalama” anına yetişənəcən.

Oglan isə öz ampulasındadır… Onu nə istək, nə sevgi nə də ki, tam anlamadığı seks maraqlandırır. Onu maraqlandıran bir şey var: hegemonluq! Kimisə, bir zəif, yazıgı öz üstünlüyü, təsiri altına salıb, hər cür forma və pozada aşağılayıb, əzib, sındırıb heçə döndərmə maniyası ehtirasından ləzzət almaq. Bu qoçu-hegemonluq, üstünlük hissi, bu maniakal duygunu yaşamaq. Və əzib, alçaltdığı məsum azyaşlı ūzərində apardığı eksperimenti fırlandığı mühitdəki tay-tuşu arasında üstünlük faktoruna çevirmək. Bunun ūçūnsə əvvəlcədən planlaşdırılmış formada törətdiyi faktiki cinayət əməlinin fərqinə varmadan, onu video çəkərək fəxrlə paylaşmaq. Görün ki, hegemon-ustünlük, aşagılama maniakal ehtirası nələrə qadirdir…

ilqar altay

Indi qayıdaq, başlangıcdakı təsadüf – zərurət söhbətimizə. Bu biabırçı məsələ təsadüfdürmü? Birdən birəmi möcūzə kimi ortaya çıxıb? Ya da ölkədə, cəmiyyətdəki ümumi hegemon-qoçuluq xəstəliyinin bir simptomudur? Hansı ki, məktəbləri, gəncliyi də epidemiya kimi götūrūb.. Guya bu və yaxud başqa, açıq və gizli (xəbər tutulmayan) formada aşağılama hegeminçulugu, ehtiras, şəhvət söndürülmə halları başqa sahələrdə, böyüklərin mūhitində də yoxdurmu? Ölkədəki işgūzar, inzibati, məişət, ictimai, siyasi, sair kimi mūnasibətlərdə azmı belə ūstūnlūk-hegemonluqla, diktə ilə sındırılıb aşagılanma halları baş verir, hələ intim mūnasibətlər söhbətini kənara qoysaq?

Bəs sahibkarlıq və sair, xeyli sahələrdə oliqarx-monopoliya sistemi nədir? Bəs inzibati sahədə məmur özbaşınalıq-harınlığı nədir? Məhkəmə-hūquq mūhafizə sistemindəki haqsız yanaşmalar əzintilər nədir? Iqtidarın müxalifəti, müxalifətin qeyri-müxalifət ya müstəqili əzib siradan çıxarma ya tabe etdirməsi nədir? Cəmiyyətin penitensiar sistem ya kriminal qatında avtoritet-adi dustaq mūnasibətləri problemi və sair.. Sual yaranır ki, būtūn bunların orta məktəb, təhsil, şagirdlə nə əlaqəsi?

Bir ölkə, bir cəmiyyət bir vahid canlı orqanizm kimidir. Orqanizmə dūşən zərərli qüsur, infeksiya onun bər tərəflərinə yayılır. Ümumi ölkəni būrūmūş sındırıb-ūstələmə ictimai patoloji sindromu da həmçinin. Yuxarılardakı mūnasibət formatı aşagılara, cəmiyyətdə mūnasibət ev-ailələrə, böyūklərin mūnasibəti kiçik-gənclərə yoluxur. Intim mūnasibətlər də o cür. Bir çox ūzdən iraq vicdansız müdir ya digər imkan-səlahiyyətlilərin qadınlara münasibətini bu “müdir” oğlan da bu qızcıgaza göstərib.

Nəticə budur və gözləniləndir.

İlqar ALTAY,

Hüquqşünas

Etikxeber.az

Read Previous

Tanınmış aparıcı dünyasını dəyişdi…

Read Next

Millət vəkili ikinci dəfə şansını sınamaq istəyir – PREZİDENT SEÇKİLƏRİNDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir