Orta məktəblərində kibermüdafiə dərsləri tədris oluna bilər – RUSİYADA

Rusiya orta məktəblərində kibermüdafiə dərslərinin tətbiq olunması təklifi irəli sürülüb.

Etikxeber.az xəbər verir ki, Rusiya İctimai Palatası orta məktəblərdə həyat təhlükəsizliyinin əsasları fənninə kibertəhlükəsizlik bölməsinin əlavə olunmasını təklif edir.

Ölkənin Maarif Nazirliyinin məlumatına görə, yeni kurs uşaqlara informasiya və kompüter riskləri və təhdidlərini dəf etməyi öyrədəcək. Bu, xüsusilə uşaqların internet vasitəsilə təqibinə aiddir.

Rusiya İctimai Palatasından bildiriblər ki, ötən il ölkədə 638 kiberbullinq faktı qeydə alınıb. Məktəb yaşlı uşaqları təqib edən belə videolar, əsasən, anonim birliklərdə yayılır.

Mütəxəssislərin fikrincə, uşaqlar həmçinin internetdə fırıldaqçıların və pedofillərin təqiblərinə məruz qala bilərlər.

Etikxeber.az

Read Previous

Yenidən sürüşmə baş verdi-BADAMDAR YOLU BAĞLANDI – YENİLƏNİB

Read Next

“Rəsmi Vaşinqtonun hələlik İranla savaşmaq fikri yoxdur…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir