“Orta məktəblərdə “Həyat bilgisi” dərsliyində ilkin tibbi yardımla bağlı dərslər keçirilsin”-QƏNİRƏ PAŞAYEVA

Avropa ölkələrində, Türkiyədə avtomobillərdə ilkin tibbi yardım qutusunun olması məsələsinə ciddi nəzarət edilir. Bizdə də, bu baxımdan “Yol hərəkəti haqqında” qanuna təklif edilən bu dəyişiklik vacibdir.

Etikxeber.az xəbər verir ki, bu fikri deputat Qənirə Paşayeva parlamentdə səsləndirib.

Millət vəkili qeyd edib ki, avtomobillərdə ilkin tibbi yardım qutusunun olması qəza anlarında insanların həyatını xilas etməyə çox yardımçı ola bilər:

“Bu istiqamətdə mütəxəssislərin təklifi var. Bildirilir ki, orta məktəblərdə “Həyat bilgisi” dərsliyində ilkin tibbi yardımla bağlı dərslər keçirilsin. Şagirdlərə bu dərs praktik şəkildə öyrədilsə, maraqla öyrənəcəklərinə inanırıq. Bu istiqamətdə də təklifimizi də Təhsil Nazirliyinə göndərəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bələdiyyələrin illik fəaliyyəti üzrə məruzənin MM-ə təqdim olunması proseduru-DƏYİŞİR…

Read Next

“Bələdiyyələrin əksəriyyətinin sərbəst maliyyə vəsaiti olmadığı üçün bələdiyyə-istehsal müəssisələrini açmaq mümkün olmur”-JALƏ ƏLİYEVA BƏLƏDİYYƏLƏRLƏ VƏ TƏMSİLÇİSİ OLDUĞU DAİRƏ İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİFLƏRİ SƏSLƏNDİRDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir