“Orta Şərqi seçkisizlik, ədalətsizlik, savadsızlıq xaraba qoydu” – Natiq Cəfərli

“Hələ 5 il öncə yazmışdım ki, “ABŞ Orta Şərqə (Əfqanıstan, Liviya, İraq, Suriya) neft-qaza görə girdi”, fikri absurddur. Dəfələrlə bu mövzuda sonralar mübahisələr, müzakirələr də oldu. “Ərəb Baharını da Amerika neftə görə edib”, fikri də çox yayılmış içiboş bir fikirdir”.

Etikxeber.az verir ki, bunu “REAL”-ın sədr müavini Natiq Cəfərli öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, dünya siyasəti iqtisadi maraqlar üzərində qurulub.

“Dünən Trump müsahibəsində dedi ki, son illərdə ABŞ Orta Şərqdə 6 trilyon dollar xərcləyib. Rəqəm astronomik böyük rəqəmdir, tək onu deyim ki, ABŞ-ın 2016-cı il büdcəsi 4 trilyol dollardır. İndi özünüz fikir verin, Gaddafi dövründə ildə cəmi 1,5 mln. barel neft çıxaran, onun da 86%-ni Qərbə satan Liviyanın nefti ABŞ-ın nəyinə lazımdır?

İraq gündə 4 mln. barel neft çıxardırdı, bunu da Qərb şırkətləri edirdi, Amerika axmaq, debil zaddı ki, 6 trilyon dollar xərcləyib, 2 ölkənin neftinə sahib olsun? Hələ bir Əfqanıstanda və Suriyada da heç neft yoxdur, ABŞ bunu neftə görə niyə etsin ki?! 6 trilyon xərci çıxartmaq üçün ABŞ gərək 200 il İraq və Liviya neftinin tamamını özü satsın, amma bu da yoxdur axı, İraqda da, Liviyada da öz hökumətləri nefti satıb gəlir götürürlər.

Yəni, sizin yanınızda bundan sonra kimsə, “ABŞ neftə görə Orta Şərqi xaraba qoydu”, desə ağzından ürəklə vura bilərsiniz. Həmən deyə bilərsiniz ki, Orta Şərqi seçkisizlik, ədalətsizlik, savadsızlıq xaraba qoydu və belə “buket” istənilən ölkəni xaraba qoya bilər…”-deyə, o daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri irimiqyaslı təlimlərdə iştirak edir – MN – FOTOLAR

Read Next

Noyabrın 15-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir