Ortaboy deputat, hündürboy tələbələr: “AZƏRBAYCAN ONLARLA UCALACAQ” – FOTOLAR

Bu il Tərtərdən 236 nəfər gəncimiz tələbə adı qazandı ki, dünən onlarla görüşdük. Müəllimlərini, valideynlərini, özlərini dinlədik.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və bəndəniz də çıxış edərək gənclərimizə tövsiyyələrimizi verdik. Ən yüksək bal toplayanlara isə fəxri fərman və hədiyyələr də təqdim edildi. 

Etikxeber.az xəbər verir ki, bunu Tərtərdən olan millət vəkili Sahib Alıyev deyib.

sahib-2

“Diqqətimi ən çox çəkən nə oldu, bilirsinizmi? Biz bu yaşda olanda indiki gənclərimiz qədər sərbəst deyildik, adamların önündə onlar kimi həyacansız, səlis və kreativcəsinə danışa bilmirdik”-deyən millət vəkilinin sözlərinə görə, görünür, bu, müstəqil ölkənin vtəndaşı olmanın nəticəsidir.

“Və bir də mən bəstəboy biri sayılmasam da, tələbə adını qazanan balalarımızın bir çoxunun özümdən daha uca olduqları da diqqətimdən qaçmadı. 

Tanrıdan diləyim budur ki, həm fərd, həm də nəsil olaraq onlar bizdən elə hər baxımdan ucada dayansınlar!

Çünki Azərbaycanımız onlarla ucalacaq!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Ermənistan Qarabağın erməni icmasını aldadaraq öz siyasəti üçün istifadə edir” – QARABAĞIN AZƏRBAYCANLI İCMASI

Read Next

Nazirlər YAP-da mətbuat konfransı keçirəcək: 2000-Cİ İLLƏRİN ƏVVƏLLƏRİNƏ “DÖNÜŞ” EDİLİR – HAKİM PARTİYA QƏRAR VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir