Orteqa öndə gedir

Nikaraquanın hazırkı Prezidenti Daniel Orteqa və hakim Sandinist Milli Azadlıq Cəbhəsi noyabrın 6-da keçirilən ümumi seçkilərdə böyük fərqlə irəlidə gedir.

Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə hüququna malik 3,6 milyondan çox nikaraqualı dövlət başçısı və vitse-prezidentdən əlavə, Milli Assambleyanın 90, Mərkəzi Amerika parlamentinin isə 20 deputatını da seçməlidir.

Ali seçki şurası seçkilərdə səsvermə hüququna malik əhalinin 65 faizinin iştirak etdiyini bildirib. Bülletenlərin 21,3 faizinin hesablanmasından sonra Orteqa seçicilərin 71 faizdən çoxunun etimadını qazanaraq liderliyə yüksəlib. Onun rəqibi Liberal Konstitusiyaçılar Partiyasının namizədi, sandinistlərlə silahlı mübarizənin iştirakçısı Maksimino Rodriges isə 16,4 faiz səs toplayıb.

Qeyd edək ki, Nikaraqua konstitusiyasına uyğun olaraq, prezident və vitse-prezident “ümumi, bərabər, birbaşa, azad və gizli səsvermə” yolu ilə seçilir.

Daniel Orteqa 1985-ci və 2007-ci illərdə də Nikaraqua prezidenti seçilmişdi.

Etikxeber.az

Read Previous

Bundan sonra susummu, danışmayımmı? – HADİ RƏCƏBLİ

Read Next

“Boynuma silah ittihamını qoydular…” – Taleh Bağırov və digərlərinin məhkəməsinin keçirildiyi zalda dəmir barmaqlıqlar şüşə qəfəslə əvəz olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir