G20 ölkələri liderlərinin – SAMMİTİ – TPAMPLA PUTİN BİR ARADA – YENİLƏNİB

İyunun 28-də Osakada G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti rəsmi olaraq işə başlayıb.

Etikxeber.az  xəbər verir ki, Yaponiyanın sədrlik edəcəyi sammitin işində “Böyük iyirmiliyə” daxil olan ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı, İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar da iştirak edirlər.

Sammitin əsas məqsədi rəqib tərəflər arasında mövcud ziddiyyətlərə baxmayaraq, gündəlikdə duran məsələlər ətrafında konsensusa gəlməkdir.

osaka

Dünya liderlərinin əksəriyyəti artıq Osakadadırlar. Rusiya Prezidenti Vladimir Putinin və Almaniyanın Kansleri Angela Merkelin təyyarələri cümə günü səhər Osaka aeroportuna eniş edib.

Sammit çərçivəsində dörd sessiyanın keçirilməsi planlaşdırılır.

Sessiyalarda müzakirə ediləcək əsas mövzular isə dünya iqtisadiyyatı, rəqəmsal innovasiyalara, qadınların hüquq və imkanlarının genişləndirilməsi, həmçinin ətraf mühit məsələlərini əhatə edir.

Gözlənilir ki, ABŞ Prezidenti Donald Trampın məsələyə yanaşmasını dəyişməsi ilə əlaqədar ticarət mövzusu müzakirələr zamanı əsas yer tutacaq.

***

donalddd

 G20 ölkələrinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın görüşü olub.

Görüşdə İran, Suriya, Venesuaela və Ukraynadakı vəziyyət müzakirə edilib.

Rusiya mətbuatının yaydığı xəbərə görə, tərəflər Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasının hər iki ölkənin maraqlarına uyğun gəldiyini bildiriblər.

Bundan əlavə, prezidentlər silahlara müasir nəzarət modelinə dair danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Etikxeber.az

Read Previous

“Bunun arxasında düşünülmüş islahatlar və müdrik qərarlar dayanır” – DEPUTAT

Read Next

“Faciələr daha da böyüyəcək…” – DEPUTAT AŞPA-YA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir