“Oskar”a “Məşhur film kateqoriyası” əlavə olunacaq

Kino dünyasının ən əhəmiyyətli mükafatlarından olan və “Oskar” kimi tanınan ABŞ-dakı Akademiya Mükafatlarına, satış rekordu qıran filmlərin də mükafat üçün yarışmasına imkan verəcək “Məşhur film kateqoriyası” əlavə olunacaq.

Etikxeber.az  “Anadolu”-ya istinadla xəbər verir ki, Amerika Kino Sənətləri və Elmləri Akademiyasının qərarı ilə satış rekordu qıran filmlərin də mükafat üçün yarışmasına başlanılacaq.

Dəyişikliyin nə zaman həyata keçiriləcəyi və namizəd olmaq üçün nə kimi zərurətlər olacağı ilə bağlı məlumat verilmir.

“Oskar” mükafatlarına ən son 2001-ci ildə “Ən yaxşı animasiya filmi” kateqoriyası əlavə olunub.

Etikxeber.az

Read Previous

İndoneziyadakı zəlzələdə azərbaycanlıların zərər çəkməsi məsələsi araşdırılır – XİN

Read Next

“DOST” yaradıldı – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir