Ötən gün 13 yol-nəqliyyat hadisəsi baş verib- Baş Dövlət Yol Polisi İdarəsi

Ötən gün respublika ərazisində 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev Etikxeber.az-a bildirib ki, hadisələr nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb. Qəzaların 3-ü, ölüm hadisəsinin 1-i, yaralanmanın isə 10-u Bakı şəhərində qeydə alınıb. Bakıda hava şəraiti ilə əlaqədar ölüm hadisəsi dünən saat 23.50 radələrində Qaradağ rayonu ərazisində Xocasən yolunda baş verib. Minik maşını ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb. Beyləqan rayonu ərazisində sürüşmə nəticəsində avtomobil aşıb və bir nəfər həmin hadisə zamanı həlak olub. Bir piyadavurma hadisəsi isə Ucar rayonunda olub. Bu qəza hava şəraiti ilə bağlı deyil.

K.Əliyev sürücü və piyadaları təhlükəli, qarlı və buzlu yollarda hərəkət edərkən diqqətli olmağa çağırıb: “Ümid edirik ki, bugünkü gündə sürücülərimiz bizim tövsiyələrə ciddi yanaşarlar”.

Etikxeber.az

Read Previous

DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 terrorçu məhv edildi

Read Next

Azərbaycanda kişilərin 14,5 faizi ZORAKILIĞA MƏRUZ QALIBMIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir