“Ötən il Azərbaycana 2 milyon 250 minə yaxın əcnəbi gəlib” – NAZİR

“2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur”.

Etikxeber.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.

Nazir bildirib ki, ötən il ərzində ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib:

“Bir sıra ölkələr, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Rrespublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, elektron viza sisteminin tətbiqi və bu il yanvarın 10-dan etibarən “ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır”.

Etikxeber.az

 

Read Previous

“Mümkün olan hər şeyi edəcəyik ki…” – Leyla Əliyeva – FOTOLAR

Read Next

“Cocuq Mərcanlıdan Şuşaya”… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir