Oqtay Əsədov İsa Həbibbəylidən nə xahiş etdi?

“Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

Parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb. 

Etikxeber.az xəbər verir ki, layihə barədə parlamentin  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

oqtay-1

Qeyd edək ki, layihə barədə danışılmazdan əvvəl isə maraqlı anlar yaşanıb. Belə ki, spiker Oqtay Əsədov  İş Həbibbəylidən bir xahiş edib: “Daxili nizamnaməyə görə, qanun layihəsi ilə bağlı məlumat verilməsi üçün 20 dəqiqə vaxt nəzərdə tutulur. İsa müəllim çox xahiş edirəm ki, siz də 19 dəqiqə 59 saniyəyə bitirməyin. Bir az aşağı edin”. Bu təklif spiker daxil olmaqla deputatların hamısının ürəyincə olub. Sonda İ. Həbibbəyli çıxışını 10 dəqiqə tez bitirib. Spiker də buna görə öz təşəkkürünü edib. Qeyd edib ki, ikinci oxunuşda daha geniş çıxış edər.

Onu da qeyd edək ki, beş fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və sair məsələlər yer alıb.

siyavush

Deputat şikayətləndi: Çoxlu elmlər doktoru var, amma çoxunun faydası yoxdur

“Bu gün çox sayda elmlər doktoru var, amma çoxunun faydası yoxdur”.

Bunu isə Yeni Azərbaycan Partiyası  (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov qanun layihəsin müzakirəsi zamanı  bildirib.

“Gərək elmin nəticəsindən cəmiyyət, dövlət xeyir görsün. Əgər dövlət və cəmiyyət həmin elmlər doktorlarının fəaliyyətdən bəhrələnmirsə, bunun əhəmiyyəti yoxdur”-deyə millət vəkili qeyd edib ki, burada söhbət fərdin cəmiyyət üçün verdiyi xeyirdən gedir: “Əgər biri yaxşı elektrik olmasa, onu heç kim işə qəbul etməyəcək. Biri yaxşı bənna olmasa, onu heç bir tikinti şirkəti işə qəbul etməyəcək. Halbuki bu tip peşələr üçün birinci dərəcə və ən yüksək əmək haqqı ilə tələb olunur”.

Deputat təəssüflə bildirib ki, SSRİ-nin dağılmasından sonra SOCAR istisna olmaqla, bu cür mütəxəssislər yetişdirilmir: “Ona görə hesab edirəm ki, bu sahədə hazırlanmış qanun vacib və zəruridir. Biz sözügedən qanuna səs verib onu qəbul etsək, peşə təhsili ali təhsillə rəqabətə girər”.

Kamil HƏMZƏOĞLU

 

Read Previous

Milli Məclisin yaz sessiyası başladı: Amnistiya, işğal olunmuş ərazilər, problemli kreditlər, vəkillərin azlığı…məsələləri qaldırıldı… – YENİLƏNİB – (7)

Read Next

Kütləvi söküntüyə dövlətimiz heç zaman getməz – ELMİRA AXUNDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir