Otel yandı, azı 8 nəfər öldü – “TƏQSİRKARLAR LAYİQLİ CƏZASINI ALACAQLAR” – ZELENSKİ – FOTO-VİDEO – YENİLƏNİB – (1)

Odessada yerləşən “Tokio-Star” otelində baş verən yanğın nəticəsində azı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Etikxeber.az “TASS”-a istinadla xəbər verir ki, otelin ikinci mərtəbəsindən başlayan yanğın 1000 kvadratmetr sahəni əhatə edib.

Yanğının söndürülməsinə 65 xilasedici və 13 texnika cəlb olunub.

Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

***

Baş vermiş dəhşətli yanğının videosu, həmçinin, yeni fotoları yayılıb.

Onları təqdim edirik:

otel-5

otel-3

otel-2

otel-1

***

Oteldə baş verən yanğın nəticəsində ölənlər və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.

Bu barədə Ukrayna Milli Polisindən məlumat verilib. Hazırda ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, avqustun 17-də yerli vaxtla gecə saat 01:34-da “Tokio Star” hotelində başlayan yanğının söndürülməsinə 13 yanğınsöndürən maşın və 60-dan çox xilasedici cəlb edilib. Yanğın təxminən 4:32-də söndürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub. Xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski faciənin təhqiqatını şəxsi nəzarətə götürdüyünü açıqlayıb.

Bildirib ki, bütün təqsirkarlar layiqli cəzasını alacaq.

Yanğının səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Baş Nazir Vladimir Qroysman ölkənin bütün istirahət məkanlarında, ilk növbədə otel və sanatoriyalarda yanğın təhlükəsizliyinin yoxlanılmasına dair tapşırıq verib.

Etikxeber.az

Read Previous

“AMEA ləğv edilsin” – TANINMIŞ SİYASƏTÇİDƏN SƏS-KÜY YARADACAQ ÇAĞIRIŞ

Read Next

“Dünya çempionatının, sonra da Olimpiya Oyunlarının qalibi olmaq arzusundayam” – CƏBRAYIL HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir