Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-14 fevral 2025-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının binasında İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək və subay övladı, anası tərəfindən təkbaşına böyüdülmüş Emin İsmayılovun xatirəsinə həsr olunmuş “Cənnət ətirli Şəhidim” kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, sözügedən kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızıdır.
Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.

Şəhidin anası Məlahət İsmayılova, Şəhidin xalası Sücayət Əhmədova, tanınmış müğənni-bəstəkar Ruslan Səfəroğlu, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, adıçəkilən kitabın müəllifi Raziyə Kamilqızı və digər şəxslər çıxış ediblər.
Çıxışlarda kitabın ərsəyə gəlməsindən, o cümlədən Şəhidin qısa və şərəfli ömür yolundan, Vətənsevərliyindən, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Şəhidin anası Məlahət İsmayılova övladını çətinliklər içində, lakin qəhrəmanlıq ruhunda böyütdüyünü deyib.
Eyni zamanda, övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu ifadə edib.
Tədbir zamanı həmçinin, kitabın müəllifinə minnətdarlıq ifadə olunub.
Sonda müəllif tərəfindən tədbir iştirakçılarına “Cənnət ətirli Şəhidim” kitabı təqdim və hədiyyə olunub.
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az