“Övladımıza görə nəyisə udmalı olmuşuq…” – ELÇİN ƏLİBƏYLİDƏN ARD-ARDA ÜZRXAHLIQ

Bu gün atdığım addımın davamı kimi iki məsələ ilə bağlı aydınlıq gətirmək və daha çox sizdən, üzr istəmək niyyətindəyəm. Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul edirəm və bir xanım kimi onunla o cür rəftar etməli deyildim. Sadəcə, həmin vaxt mən onun qismində qadın yox, sənətə yüngüllük gətirən şəxslərin birləşmiş obrazını gördüm və bir növ partladım. Əlbəttə, bunu etməli deyildim, amma hər kəsin iş prosesində səhvi ola bilər.

Etikxeber.az xəbər verir ki, bunu telejurnalist Elçin Əlibəyli öz “Facebook” statusunda yazıb.

“Bu baxımdan birinci hamınızdan, ayrıca Maral Tahirqızından sırf qadın olduğu üçün üzr istəyirəm. İkinci, Bayram Nurlu məsələsinə aydınlıq gətirim. KİV-də və dövlət qurumlarında çalışanlar bilir ki, bir çox halda icraçılar üzdə olub, qınansa da məsələlər onlarsız həll olunur. Dolayısı ilə nə dediyimi anladınız və rica edirəm, anlaşıqlı olub, bu məsələdə məni qınamayasınız.

elçinnn

Hər birimiz elə situasiyalar olub ki, övladımıza görə nəyisə udmalı olmuşuq. Ola bilsin bu mənim işimə xəyanətdir, qəbul edirəm. Buna görə də sizin hər birinizdən üzr istəyirəm və söz verirəm ki, sonrakı fəaliyyətimdə bunlara oxşar və ya digər irad bildirdiyiniz məqamlar təkrarlanmayacaq. Sizə mənə olan münasibətinizdən asılı olmayaraq, hər birinizə dərin ehtiramımı bildirirəm!”-deyə, o, sonra yazıb.

Qeyd edək ki, bundan öncəki statusunda isə E. Əlibəyli bunları yazıb:

“Aralarında soyuqluq yaranan dostlarımı barışığa dəvət etdim. Düşünürəm ki, bu işdə birinci özüm nümunə göstərməliyəm. Bəxtiyar Hacıyevlə aramızda mənasız bir konflikt yaşandı. O məni verilişə görə ağır tənqid etdi, mən onun ünvanına gərəksiz söz işlətdim. Bir insanın ürəyini sındırmaq, xətrinə dəymək kimi addımı qaynar başla edib, sonra uzun müddət bunun əzabını çəkən adamam. Ona görə, Bəxtiyar Hacıyevdən dediyim sözə görə üzr istəyirəm və ortaq dostlarımızı bizi barışdırmaqda yardım etməyə dəvət edirəm!”

Etikxeber.az

Read Previous

“Gömrük prosedurları şəffaf şəraitdə sadələşdirilməlidir” – NOVRUZ MƏMMƏDOVDAN TAPŞIRIQ – FOTO

Read Next

Daha bir 35 yaşlı şəxs – BAŞ NAZİR OLDU – UKRAYNADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir