Övladları qədər məğrur, qəhrəman-ŞƏHİD VALİDEYNLƏRİ – MİLLƏT VƏKİLİ DAHA 3 ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKDİ – FOTOLAR

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri İlham Məmmədovun şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə növbəti görüşü 10 yanvar 2021-ci il tarixdə baş tutub.

Etikxeber.az-ın xəbərinə görə, İlham Məmmədov Yevlax şəhərindən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın evində olub, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləyib.

Millət vəkili ilk olaraq şəhid zabitimiz mərhum mayor Toğrul Bərxudarovun evində olaraq, mərhum şəhidimizin anası ilə söhbət aparmış, şəhidimizin vətən sevgisini onun anasının dilindən bir daha dinləyib.

Şəhid anası övladının hərzaman Vətəni özünün anası adlandırdığını və müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalacağını hələ sağkən hiss etdiyini, sonda isə övladının Vətən uğrunda şəhid olduğunu bildirib.

İlham Məmmədov mərhum şəhidimizin vətən sevgisini dinləyərək şəhid anasına ölkəmizin ərazi bütövlüyü uğrunda canını düşünmədən fəda edən vətənpərvər övlad böyütdüyü üçün minnətdarlıq bildirərək, hər birimizin vəzifəsindən asılı olmayaraq məhz Toğrul kimi şəhidlərimizə borclu olduğunu söyləyib.

Daha sonra millət vəkili şəhid zabitimiz mərhum mayor Rəşad Budaqovun evində olaraq şəhidimizin anası ilə qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolunu bir daha xatırlayıb.

Şəhid anası övladının ömrünün çox hissəsini məhz vətənin müdafiəsinə həsr etdiyini, döyüşlər başlayarkən anasına son dəfə “ana, mən sənin yanına üçrəngli vətən bayrağına sarılaraq ən ali mərtəbəyə yüksələrək gələcəm” dediyini bildirərək, övladının ona həqiqətən də şəhid anası olmaq kimi ən ali mərtəbəni bəxş etdiyini bildirib.

Şəhid mayor Rəşad Budaqov döyüş zamanı ağır yaralanmasına baxmayaraq, bir komandir kimi ona övladları qədər doğma olan əsgərlərini tək qoymamış və yenidən döyüşlərə qatılıb.

Mərhum şəhidimiz son dəfə iki azyaşlı qız övladını bu vətənə əmanət edərək, dünyaya gözlərini əbədi olaraq yumub.

İlham Məmmədov şəhidimizin keçdiyi döyüş yolunu dinlədikcə Rəşad kimi övladları böyüdən anaların qarşısında hər bir Azərbaycanlının borclu olduğunu qeyd edib.

Millət vəkili son olaraq mərhum şəhidimiz MAHHXHQ şəhid Emin Kazımovun evində olaraq qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolunu şəhidimizin atasının dilindən bir daha dinləyib.

Şəhid atası övladının müharibə başlasada bunu ailəsinə bildirmədiyini qeyd edərək, döyüşlərin ilk günündən ön xətdə yer aldığını, düşmənin saatlar içərisində vacib yüksəkliklərinin ələ keçirildiyini bildirərək oğlu Eminin qəhrəmancasına şəhid olduğunu və Yevlax şəhərinin ilk şəhidi olduğunu da qeyd edib.

Şəhid atası övladı Eminin vətəninə, torpağına olan sevgisindən danışaraq bildirib ki, döyüş yoldaşları şəhidimizin qəhrəmanlıqlarından bu gündə qürur hissi ilə danışırlar.

Şəhid atası oğlunun ən ali zirvə olan şəhidlik zirvəsinə ucalması ilə fəxr edərək bildirib ki, “mən oğlumu Vətən üçün böyütmüşdüm və o mənim başımı bu yolda da dik tutdu”.

İlham Məmmədov qəhrəman atamızın əllərini sıxaraq hər bir Azərbaycanlının onun övladı kimi qəhrəmanlara bir ömür borclu olduğunu və hərzaman şəhid atasının yanında olduqlarını diqqətə çatdıraraq, şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib.

Millət vəkili şəhid valdeyinləri ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının məhz Toğrul kimi, Rəşad kimi, Emin kimi şəhidlərimizə borclu olduğunu bildirib.

Torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin hər zaman olduğu kimi bundan sonra da ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırıb.

Ölkə Prezidenti tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakını dövlətin diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili eyni zamanda, ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın da hər zaman şəhid analarının yanında olmasını, bir ana kimi onların övlad acısına şərik olmasını və onların bütün problemlərinin həllində yaxından iştirakını humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olduğunu bildirib.

Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildiriblər.

Sonda İlham Məmmədov şəhid valdeyinlərinin problemləri ilə də yaxından maraqlanmış, onların çözümü istiqamətində müvafiq qurumlara məlumatların verilərək, qısa zamanda həlli yolunu tapacağını qeyd edib.

Etikxeber.az

Read Previous

Həbs edilən Vidadi Muradov-VƏZİFƏSİNDƏN DƏ KƏNARLAŞDIRILDI – SƏRƏNCAM

Read Next

Daha bir Şəhidimiz-MASİM QURBANOV BU GÜN TORPAĞA TAPŞIRILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir