Övladlığa uşaq götürməklə bağlı-3 MƏCƏLLƏYƏ, 2 QANUNA DƏYİŞİKLİK EDİLİR

Milli Məclisin (MM)  Ailə, qadın  və uşaq məsələləri, Hüquq  siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası  keçirildi.

Etikxeber.az-ın xəbərinə görə,  MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə  Naxçıvanlı iclası açaraq  gündəlikdəki qanun  layihələri barədə məlumat verdi.

Komitə  sədri qeyd etdi ki,  Ailə Məcəlləsində, Mülki-Prosessual və Mülki məcəllələrdə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər  ölkə prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuşdur.

Bildirildi ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır.

Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi  məsələlərini əhatə edir.

aqiye-deputat

eli_huseynli_esas_55

Mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma isə təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə, övladlığa  uşaq götürmək istəyən şəxslərin həyat şəraitinin, uşaqla ailənin uyğunlaşmasının müəyyən edilməsinə tam imkan verəcək.

Sənədlərdə  aparılan  dəyişikliklərin  əhəmiyyətini vurğulayan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söylədi ki, təklif olunan əlavə və dəyişikliklər övladlığa götürmə sahəsində şəffaflığın təmin olunması, məsuliyyətliliyin artırılması və idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcək.

Millət  vəkilləri Tahir  Kərimli, Sədaqət Vəliyeva, Sahibə Qafarova, Çingiz Qənizadə, Elşən Musayev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Təhsil Nazirliyinin idarə rəisi Məlahət Hacıyeva, Səhiyyə Nazirliyinin, Daxili İşlər  Nazirliyinin, Ailə, qadın və Uşaq  məsələləri  üzrə Dövlət Komitəsinin  nümayəndələri  sənədlə  bağlı  fikirlərini bildirdilər.

Qanun layihəsinin övladlığa uşaq  götürmə sahəsində mövcud olan boşluqlarn aradan qaldırılması  üçün təkmil bir şəkildə işləndiyini qeyd  etdilər.

Etikxeber.az

 

Read Previous

Rəşad Tağıyev – QƏBUL KEÇİRDİ, VƏTƏNDAŞLARI QƏBUL ETDİ

Read Next

121 sosial şəbəkə istifadəçisi gözaltına – XOCALI SOYQIRIMI FOTOSUNUN KÜRDLƏRİN QƏTLİAMI KİMİ TƏQDİM EDİLMƏSİNİN QARŞISI ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir