“Oxşarlıqlarımız var…” – KOREYALI DEPUTAT – FOTO

Yanvarın 24-də Milli Məclisdə (MM) Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri arasında görüş keçirilib.

Etikxeber.az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, iki ölkə arasında əlaqələr son illər yüksəliş dövrünü yaşayır. O, deyib ki, dostluq qrupu kimi Azərbaycana ilk səfəri yüksək qiymətləndirlər: “Hesab edirəm ki, bu səfəriniz ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin, eləcə də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcək. Hər iki ölkənin prezidentləri dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verirlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı mühüm sazişlər imzalanıb. İndiyədək Azərbaycan və Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 62-yə yaxın hüquqi sənəd imzalanıb. Bunun nəticəsində ikitərəfli əlaqələrimiz yüksələn xətlə inkişaf edir”. Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu deyən X.Fətiyev Koreya Respublikası ilə iqtisadi, o cümlədən digər sahələrdə də əlaqələrin genişləndiyini söyləyib.

koreya-mm

Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Li Myonq Su bu cür görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycanın və Koreya Respublikasının tarixində, mədəniyyətində oxşarlıqların çox olduğunu bildirən qonaq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Li Myonq Su müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin Koreya-Azərbaycan əlaqələrinin daha da inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, ağır nəticələri barədə də məlumat verilib. Qeyd olunub ki, artıq 25 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Görüşdə həmçinin, Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Amaşov dünyasını dəyişən iki jurnalistdən yazdı…

Read Next

Ərdoğandan Obamaya sərt sözlər: “BİZİ ALDATDI”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir