Oxuduğu məktəbə Şəhidimizin-ADI VERİLƏCƏKMİ? -FOTOLAR

Cəmil Habil oğlu Məmmədli…

İsmayıllının İkinci Vətən Müharibəsində-Vətən uğrunda qəhrəmancasına həlak olmuş 32 Şəhidindən biri…

Qəhrəman, İgid Azərbaycan oğlu…

1999-cu ilin 28 iyul təvəllüdlü Cəmil əslən İsmayıllıdan olsa da, uşaqlıqdan Bakı şəhərində, Səbail rayonunda, Buxta küçəsi 112 a-da, cəmi 18 kvadrat metrlik darısqal, şəraitsiz bir evdə böyüyüb, yaşayıb ailəsi ilə birgə…

2005-2016-cı illərdə Səbail rayonundakı 163 saylı məktəbdə oxuyub, məktəbi bitirən ildə də ali məktəbə-Azərbaycan Texniki Universitetinə (ATU) daxil olub…

Və 2020-ci ilin yayında alin təhsilini baş vuraraq, iyul ayından da həqiqi hərbi xidmətə-əsgərliyə yollanıb…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib, Füzuli-Xocavənd istiqamətlərində döyüşüb…

Və oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli istiqamətində ağır dpyüşlərin birində qəhrəmancasına Şəhid olub…

Elə həmin gün nəşi İsmayıllıya gətirilərək, rayonun Şəhidlər Xiyabanında dəfn olunub…

…Bir az da olar ki, Cəmilgildən gəlmişəm…

Cəmil haqqında da bir neçə dəfə yazmışam-həm də sosial şəbəkədə, həm də Etikxeber.az-da…

Ancaq heç vaxt ailəsində olmamışdım, evini, ailəsini ziyarət etməmişdim…

Bu gün axşam saatlarında evlərində oldum, atası Habil kişini, anası Aygün xanımı ziyarət etdim…

Xeyli söhbətləşdik, dərdləşdik, Cəmildən, Şəhidlərimizdən danışdıq…

Anası Aygün xanım deyir ki, oğlunun Şəhidlik xəbərini də işdə olarkən, günorta saatlarında alıblar.

“Şəhidlik xəbərini alan kimi, İsmayıllya getdik, çünki son vaxtlara kimi İsmayıllıda qeydiyyatda idik, ona görə oğlumuzu İsmayıllaya gətirmişdilər…Elə İsmayıllıda da dəfn olunmasını məqsəduyğun bildilər… İki gün sonra Cəmilimin şəhadətinin 4 ayı tamam olur…Sabah yenə İsmayıllıya, Cəmilimin məzarını ziyarət etməyə gedəcəyəm”-deyir Şəhid anası…

Qeyd edim ki, İkinci Vətən Müharibəsində Cəmilin daha iki qohumu, iki yerlisi-İsmayıllının özündən olan Mirzəliyev Aqil Mehman oğlu Cülyan kəndindən olan Osmanlı Teymur Saday oğlu da Şəhidlik məqamına ucalıblar…

Teymur Cəmildən cəmi iki gün sonra, oktyabrın 17-də, Aqil isə Cəmildən 8 gün sonra, oktyabrın 20-də Şəhid olublar…

Aqil Xocavənddə, Teymur Suqovuşanda Şəhid düşüblər…

Cəmillə Aqil İsmayıllının Şəhidlər Xiyabanında, Teymur isə Cülyan kənd qəbiristanlığında torpağa tapşırılıb…

Hər üçü də subay, hər üçü də ali təhsilli…

Aygün xanım deyir ki, Aqil onun həm ata, həm də ana tərəfdən çox yaxın qohumudur, Teymur isə qardaşının qayını oğludur…

Cəmil ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Ailəsi Cəmilin təhsil aldığı 163 saylı məktəbə onun adının verilməsini istəyir…

O, həm də həmin məktəbin tək Şəhididir…

Hətta oxudğun məktəbin kollektivi də bununla bağlı Təhsil Nazirliyinə müraciət edib…

Çox güman ki, Təhsil Nazirliyi yaxın zamanlarda bu istəyi, bu təşəbbüsü dəstəkləyəcək və müsbət qərar verəcək…

Həm az da olsa, Şəhid ailəsi təsəlli tapmış olacaq, həm də Şəhidimizin ruhu sevinmiş, sevindirilmiş olacaq…

Bu, Cəmilin, Şəhidimizin də, Şəhidimizin ailəsinin də Haqqıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

13.02.2021, Bayıl

Etikxeber.az

Read Previous

“Bəli, belə də olacaq, Azərbaycan dövləti, Azərbaycan qadını bu məsələdə də öz sözünü deyəcək, öz Azərbaycan modelini yaradacaq”-JALƏ ƏLİYEVA YAZIR

Read Next

Ceyhun Bayramov Türkiyəyə-BAŞSAĞLIĞI VERDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir