“Özəl tədris ocaqlarının sahiblərinin tam tədris haqqının ödənilməsini tələb etməsi acgözlükdür”-ASLAN İSMAYILOV TƏHSİL NAZİRLİYİNƏ SƏSLƏNDİ

Azərbaycanda çoxlu sayda özəl təhsil ocaqları var. Koronavirus başlayandan hamı kimi onlar da məsafəli (distance) təhsil tədrisinə keçdilər.Aldığım məktublardan bəlli olur ki, keçən müddət ərzində həmin təhsil ocaqları ödəmədə heç bir güzəşt etməyiblər və ödəmə pulunu əvvəllər olduğu kimi tam həcmdə tələb edirlər. Bəziləri isə pullar vaxtında ödənilməyəcək təqdirdə cərimə də olunacaqlar.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz sosial şəbəkə hesabında yazıb.

Qeyd edib ki, aylıq təhsil haqqı 500 manatdan 3 min manata qədər olan belə təhsil ocaqlarında şagirdlər üçün tədris zamanı əvvəllər yemək vermək və əlavə bir çox həvəsləndirici, əyləncə xarakterli tədbirlər karantin dövrü keçirilmir.

“Belə olan təqdirdə, həmin özəl tədris ocaqlarının sahiblərinin tam tədris haqqının ödənilməsini tələb etməsi ancaq acgözlükdür.Hesab edirəm ki, bu cür addımlar Təhsil Nazirliyi tərəfindən araşdırılmalı və müvafiq tədbirlər görülməlidir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

257 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

ABŞ-Çin qarşıdurması güclənir… – “ATLAS” ARAŞDIRMALAR MƏRKƏZİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir