“Özəl təhsil müəssisələri, ödənişli ali məktəblər şagirdlərdən və tələbələrdən təhsil haqqı tələb etməməlidirlər”-FƏZAİL AĞAMALINDAN ÖNƏMLİ TƏKLİF

Təbii ki, pandemiya bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni reallıqları, yeni yanaşmaları gündəliyə gətirdi və elə məsələlər var ki, bu haqda zamanında düşünməyə ehtiyac yox idi. Cəmiyyət normal şəkildə özünün fəaliyyətini davam etdirirdi, ayrı-ayrı qurumlar üzərlərinə düşən vəzifələrini həyata keçirdirdilər. Təhsil sistemində də qurulmuş və təkmilləşməkdə olan, normal dünya təcrübəsinə söykənən sistem fəaliyyətini davam etdirirdi. İndi isə tamam fərqli bir situasiyaya gəlmişik. Doğrusu, hər bir azərbaycanlı kimi, məni də məlum səbəblərdən təhsilimizdə yaranan bu fasilə və eyni zamanda, övladlarımızın oxumaqdan kənarda qalması çox narahat edir. Hələ də bilmirik ki, bu nə qədər davam edəcək. İndi gümanlar var, yəni, iyunun əvvəlindən və ya avqustdan təhsilin bərpası üzərində fikir söyləyirlər. Lakin bunların hamısı fərziyyələrdir və bu fərziyələr özünü doğrultmaya da bilər.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı ödənişli təhsil alan tələbələrin ali məktəblərdə və ya orta-ixtisas məktəblərində dərslər bərpa olunacağı təqdirdə, təhsil haqlarını necə ödəcəyi, ümumiyyətlə, təhsil kreditləri məsələsinə münasibətini bildirərkən deyib.

Millət vəkili deyib ki, hazırda distant təhsil deyilən bir yanaşma var.

Happy group of students with thumbs up

“Ancaq çox təəssüf edirəm ki, bu, hələlik bizdə lazımi səviyyədə qurulmayıb. O, özünün müsbət təsirini hələlik göstərməyib. Çünki mənim də orta məktəbdə oxuyan nəvələrim var və onlar da bu distant təhsil deyilən təhsil sisteminin içərisindədirlər. Xüsusilə, televiziyadan məsafəli təhsil deyirlər, onun heç bir effekti yoxdur, görünmür effekti. Buna görə mən burada kimsəni günahlandırmaq niyyətində deyiləm və günahlandırmağa da ehtiyac yoxdur. Çünki bu pandemiya bizi qəflətən yaxaladı və bütün dünyada olduğu kimi, bizim özümüzdə də bu və ya digər problemlər ortalığa çıxdı. Odur ki, özəl sistemdə fəaliyyət göstərən təhsil müəssisələri ( əslində bütün təhsil müəssisələrini nəzərə tuturam) digər sahələrdə yaranmış olan situasiyanı nəzərə almalıdırlar. Əgər tələbə ali məktəbə getmirsə, şagird orta məktəbə getmirsə, söhbət pullu təhsildən gedir, onun pulu necə ödənilməlidir? Təbii ki, ödənilə bilməz. Burada məntiq də yoxdur.

Bu baxımdan, həmin müəssisə rəhbərləri yaranmış situasiyanı özləri qiymətləndirməli və öz tələbələrinə, öz şagirdlərinə güzəştlər etməlidirlər. Bunun başqa variantı yoxdur və ola da bilməz. Ola bilməz ki, yaranmış olan bu çətinliklərdən bütün sahələr əziyyət çəksin, məhdudiyyətlərlə üz-üzə qalsın, lakin konkret olaraq bir sahə yaranmış situasiyadan istifadə edib, özü yenə də əvvəlki, pandemiyadan öncəki vəziyyətdə olan ənənələrini davam etdirsin. Bu, çox anormal bir yanaşma olar. Ona görə ümidvaram və əminəm ki, xüsusi olaraq özəl sektoru, həm də pullu, ödənişli təhsili olan ali məktəbləri nəzərdə tuturam, adları çəkilən təhsil müəssisələrinin rəhbərliyi və Təhsil Nazirliyi də məsələyə məhz bu cür yanaşacaqlar. Təhsil olmadığı zaman kəsiyində onların ödənilən pulları gələcək üçün, yəni, dərslər bərpa olunan dövrdə ödəniş kimi nəzərə alınmalıdır. Eyni zamanda, təhsil olmadığı dövrdə həmin şagirdlərdən və tələbələrdən pullar tələb edilməli deyil”-deyən millət vəkili təhsil kreditləri ilə də bağlı məsələnin həllini tapmasının vacibliyini sözlərinə əlavə edib.

22:50, 12 may

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Elə bir situasiya əmələ gələ bilər ki, itirilmiş torpaqlarımıza geri qayıdıb, onu vahid Azərbaycan dövlətinin tərkibində bərpa edə bilərik”-FƏZAİL AĞAMALIDAN “QƏRBİ AZƏRBAYCAN RESPUBLİKASI”NA DƏSTƏK

Read Next

Cinsi azlıqlar… İnsan hüquqlarının “carçıları”…Qarabağ məsələsi…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir